Microsoft məlumatı 1000 il qoruyan sistem üzərində işləyir
Microsoft və Warner Bros., 1000 il istifadə oluna biləcək bir texnologiya üzərində işləyir. “Project Silica” adlanan bu layihə silika şüşəsində məlumatların saxlanmasını əsas götürür.

ABŞ-ın texnologiya nəhəngi Microsoft bir müddətdir ki, yeni texnologiyalar üzərində işləyir. Bu kontekstdə şirkətin son təşəbbüsü Warner Bros. İlə ortq başladılan və Kino sektoruna dərin təsir edəcək “Project Silica”dır. Project Silica yeni bir məlumat saxlama deposuvə yüksək ölçülü məlumatların saxlanmasını mümkün edir.
Microsoft bu texnologiyanın həm faydalı, həm də çox davamlı olacağını söyləyir. Microsoft-a görə silisium şüşə isti suda qaynadılırsa, mikrodalğa sobaya qoyularsa, sobada bişirilərsə, su ilə təmas edərsə və uzun bir müddət su içində qalsa da istifadəyə davam edə bilər. Üstəlik, bu yeni texnologiyanın başına nə gəlirsə gəlsin, məlumatlar heç bir şəkildə itirilmir.
Microsoft-un Warner Bros. İlə birliydə apardığı Project Silica əslində 1000 illik bir layihədir. Texnologiya nəhəngi, məlumatların silisium şüşədə saxlanmasının 1000 il ərzində qorunub saxlanacağını bildirir. Hətta bu idea Warner Bros. İlə test edilmiş və ilk növbədə uğurlu bir nəticə əldə olunmuşdur.
Microsoft, bu saxlama sistemini test etmək üçün Warner Bros’un 70-ci illlərdə çəkdiyi “Supermen” filmindən istifadə etdi. Warner Bros. bu filmin orijinal bir nüsxəsini Microsofta verdi. Microsoft onu silisium şüşənin içərisində depolamağa başlamışdır. Superman filmi hal-hazırda, bir tərəfi 7.5 sm olan bir kvadrat silsium şüşənin içərisində depolanır. Bu kvadrat şüşənin qalınlığı cəmi 2 millimetrdir.
Microsoft bu texnologiyanın bulud texnologiyalarında istifadəsini istəyir. Ancaq silsium şüşəyə məlumat depolamaq olduğca bahalı bir prosesdir. Hələlik həll edilə bilməyən bir problem var. Bu problem məlumatları silmək.
Microsoft mövzu ilə bağlı işləri davam edir. Warner Bros. Başda Superman filmləri olmaq üzrə bütün y məhsullarını bu yeni texnologiya vasitəsi ilə depolamaq və gələcək nəsillərə ötürmək istəyir. Görünən budur ki, bundan min il keçsə də, insanlar 1970-ci illərdə hazırlanmış