Microsoft, Rus Hakerlərin 2020 Tokio Olimpiya oyunlarına hücum etdiyini dedi
Microsoft şirkəti “2020 Tokio Olimpiya Oyunları” ilə bağlı yeni bir hesabat hazırladı. Hesabatda, Rus haker qrupu Strontium-un Sentyabrın 16-dan bəri xüsusilə antidopinq təşkilatlarına qarşı kiber hücumun olduğu ifadə edildi.

Tokio olimpia oyunları
Gələn ilin yazında Tokioda böyük bir tədbir, Olimpiya oyunları keçiriləcək. Tədbirin təşkilinə hələ uzun bir müddət var ikən, ABŞ mərkəzli texnologiya nəhəngi, bununla bağlı maraqlı açıqla verdi. Şirkət, Rus haker qrupları “Strontium”-un olimpiada oyunları üçün hazırlanan internet saytlarına kiber hücum olunduğunu dedi.
Microsoft-un kiberhücumlar şöbəsi “Threat Intelligence Center (MSTIC)” tərəfindən verilən məlumatda hücumların 16 sentyabrda başladığı deyilir. Microsoftun iddialarına görə Strontium, hücumlarını 16 fərqli dopinqlə mücadələyə qarşı təşkilata təşkil olunmuşdu və bu hücumlar dayanmadan davam edir.
Əslində, bu Strontiumun Olimpiadaya etdiyi ilk hücum deyil. Haker qrupu 2018 Qış Olimpiya Oyunlarında oxşar hücum təşkil etdi. Bu hücumun səbəbi Rusiya idmançılarının Olimpiya Oyunlarından kənarlaşdırılması idi. Rusiya idmançılarına ötən ay “Dünya Antidopinq Agentliyi” tərəfindən xəbərdarlıq edildi.
Bu cür hücumlara qarşı mübarizənin ilk qaydası məlumatlılığ yaratmaqdır. Ancaq qarşısındakı haker qrupun necə gücə sahib olduğunu bilən texnologiya nəhəngi mövzu ilə bağlı bəzi tövsiyələr verdi.
Microsoft tərəfindən verilən əsas tövsiyələrdən biridir iki amilli identifikasiya kodunun təsdiqlənməsidir. ABŞ texnologiya nəhəngi bununla şəxslərin və qurumların hesablarının ciddi şəkildə qorunacağına inanır. İstifadəçilərin şübhəli internet saytları, saytın qeyri-adi hərəkəti vəziyyətində tədbir görülməli olduğunu və səlahiyyətlilərdən kömək istədiklərini söylədi.