Myanmar xalqının qəribə inancı
Myanmarda hər il aprel ayının ortalarında başlayan və 5 gün davam edən Thingyan su festivalı bu il də xalqın bir-birinə su atmasıyla başladı. Myanmar xalqı Su Festivalı ilə günahlarından təmizləndiyinə inanırlar.

Myanmar- Su festivalı
Buddist ənənəsi olan və “ilin günahlarından təmizlənmə”- simvolu sayılan bu festival ərəfəsində ölkədə rəsmi tətil elan olunur. Musiqi və rəqs göstəriləri ilə festivalda əylənən gənc qızlar saçlarına yalnız bu vaxtı açan Thingyan adlı sarı, xoş ətirli çiçəklərdən taxırlar.

Thingyan gülləri
Myanmar kəndi və qəsəbələrində çox sayda adamların su tapancası, vedrələrlə birbirini islatdığı bu festivalda ara-sıra hadisələr nəzarətdən də çıxır. 2017-ci ildəki festivalda spirtli içkinin də təsirilə minlərlə adam yaralanıb, 300 nəfərə qədər insan isə ölmüşdür.

Su festivalından görüntü