Nəhəng qayaların altında fövqəladə bir həyat
Monsanto, təbiətin və insan həyatının bir-birinə qarışdığı bir kənddir. Portuqaliyanın 12 rəsmi tarixi kəndindən biridir. Beira Baixa ərazisində qayalıqlardan ibarət təpənin ətəklərində qurulmuş olan bu kənddə insanlar qayaların arasına, üstünə və altına evlərinə quraraq yaşayırlar. Hər gün təhlükə altındadılar.

Monsanto-Portuqaliya
Portuqaliyanın Beira Baixa ərazisində İspaniya sərhədinə 25 km uzaqlıqda yerləşən Monsanto antik kəndi dik bir təpənin yamacında qurulub.
Yüz illərdir bu balaca təpə kəndində yaşayanlar nəhəng qranit qayaların arasına, üstünə və altına evlər inşa edərək təbii həyata uyğunlaşıblar.
Sərt daşlı dar küçələri, qayaların dam və divar vəzifəsi gördüyü, təxminən 800 nəfərin yaşadığı qaya kənd. Təxmini olaraq 500-ildən bəri var olmasına baxmayaraq çox az təxribata məruz qalıb.
Dağın təpəsində olmasınn gətirdiyi stratejik vəziyyəti ilə uzun müddətdir bir çoxları tərəfindən işğal edilib.
Kəndin küçələri nəqliyyat üçün olduqca dik və təhlükəlidir. Ancaq yerli insanlar bu vəziyyətə öyrəşib. Ötən əsrdə Monsanto sakinləri maşınlar və avtobuslar tərəfindən daha asan giriş yollarına yaxın yerlərə üstünlük verməyə başlayıb.
20-ci əsrdən əvvələ qədər Monsantonun dik yamaclarında yaşayanlar heyvandarlıqla məşğul olanlar idi. Onlara bura nəqliyyat vasitəsi kimi eşşəkləri istifadə edirlərmiş.
Monsanotunun dar küçələrində heyvandarlıq üçün oyulmuş bir çox sığınacaq yerləşir. Maddi tələbatını heyvandarlıqla əldə edən bir çox kəndlini kəndin meydanında qoyun və keçilərini otlatarkən görə bilərsiniz.
Rəvayətə görə bir heyvanın Monsantonu işğaldan qurtarılmasına kömək etdiyi haqqında hekayə də var. Ayrıca burada yaşayan bir çox qadın hələ də “marafona” deyilən üzsüz kuklaları hazırlayıb satırlar. Marafonas taxta çubuqları xaç şəklində yapışdırıb rəngli milli paltarlarla sarılması nəticəsində düzəlir. Bu üzsüz kuklaların qoruyucu güclərə sahib olduğuna inanılır.

Marafonas
Portuqaliyanın 12 rəsmi kəndlərindən biri elan edilən Monsanto-da yaşayanların bir çoxu evlərini restoranlara və kafelərə çevirməyə başlayıb.
Kəndi ziyarətə gələn bir çox turisti buralarda qonaq edərək turizm cəhətdən bir addım atılır, həm də ölkənin tarixini yaşatmağa çalışırlar.
Kənd qranit sərt qayaların içində evləri və dik yamacları ilə macera pərəstləri gözləyirş