Nəhəng tısbağaları olan məşhur ada: Çanqu
Zanzibarın Çanqu adası indi daha çox “Həbsxana adası” və ya “Tısbağa adası” olaraq tanınır. Yüzdən çox nəhəng tısbağanın yaşadığı, ən yaşlısı 194 yaşı olan və oların balalarına ev sahibliyi edən adada tovuz quşları da var.

Çanqu adası-nəhəng tısbağalar
Zanzibarın mərkəzindən təqribən 6 kilometr məsafədə yerləşən və keçmişdə qul bazarı’, ‘qul həbsxanası’ və ‘karantin mərkəzi’ olaraq istifadə edilən Çanqu adası bugün muzey, otel, restoran, kafe olaraq turistlərə və yerli xalqa hizmət edir.
Dövlət-özəl sektor ortaqlığında fəaliyyət göstərən,800 metr uzunluğa və 230 metr genişliyə sahib olan ada Zanzibar turizmin ən əhəmiyyətli mərkəzlərindən birinə çevrilib. Dünyada nəhəng tısbağaların yaşadığı bir neçə adadan biri olan Çanqu adasına turistlər və yerli xalq taxta qayıqlarla nəhəng tısbağaları görməyə gəlirlər. Adaya təxminən 50 dollar qarşılığında gələn turistlər giriş üçün 4 dollar ödəməli olurlar.
Ada əvvəl həbsxana, sonra karantin mərkəzi idi
Heç bir məskunlaşma yeri olmayan Çanqu adası, Zanzibar sultanı Macid bin Zaid tərəfindən 1860-cı ildə qul tacirlərinə satıldı. Qul tacirləri adanı həbsxana qurmaq istəyən 1893-cü ildə İngilis general Lloyd Mathews-ə satdılar. İngilis generalının inşa etdiyi bina əvvəlcə qulların saxlandığı həbsxana, sonra xəstəxana və karantin mərkəzi kimi istifadə edildi. Afrikanın bir çox ölkəsinə yayılan sarı qızdırma xəstəliyi səbəbiylə karantin mərkəzinə çevrilən ada, Zanzibara gələnlərin və Zanzibardan gedenlərin müayinə olunduğu yer idi. Bir vaxtlar insanların qul kimi alınıb satıldığı , bugün isə muzey və otel olaraq istifadə olunan adada binaların divarları yaşanan acıların izlərini daşıyır. Həbsxana kimi istifadə olunan otaqlarda hələ də qulların bağlandıqları zəncirlərin halqalarını görmək mümkündür.
İngilis qubernatoru adaya nəhəng tısbağalar göndərdi
Seyşel adalarının qubernatoru Zanzibar sultana 1919-cu ildə hədiyyə olaraq 4 nəhəng tısbağa göndərdi. 1950-ci ilə qədər sürətlə artan tısbağaların sayı 200-ə çatdı. Uzunluğu 120 santimetrə və çəkisi 250 kiloqrama çatan Aldabra tısbağası 200 il yaşaya bilir. Yaşı qabığından bilinən tısbağaların ən yaşlısı 194 yaşındadır.
Adadakı təbii parkda yaşayan tısbağalar əsasən göyərti və kələm yarpaqları ilə qidalanırlar. Turistlər və yerli sakinlər əlləri ilə bəslədikləri tısbağaların şəkillərini çəkirlər və bu anları mobil telefonların kamerası ilə qeyd edirlər. Ağ qumlu çimərliklərdən və okeandan uzun müddət həzz almaq istəyən turistlər adadakı oteldə qala bilərlər. Şəhər mərkəzində qalanlar qayıqla şəhərə təxminən 40 dəqiqə ərzində çata bilərlər.