Ofisdəki gigiyena: Mikrobların ofisdə ən sevdiyi yerlər haradır? – Topic.az
Ofisdəki gigiyena: Mikrobların ofisdə ən sevdiyi yerlər haradır?

Ofisdəki gigiyena: Mikrobların ofisdə ən sevdiyi yerlər haradır?

Bütün günü sıx bir ofisdə keçirmək sağlamlıq cəhətdən bir çox məqama diqqət etməsini gərəkdirir. Xüsusilə bəzi sahələr mikroblar üçün çox əlverişlidir. Kiçik ehtiyat tədbirləri ilə ofis həyatını daha gigiyenik etmək mümkündür!

Topic.az redaksiyası
Dərc olunma tarixi: 26.12.2019 Baxış sayı:  1934 Müəllif: 
ofisdə mikroblar

ofisdə mikroblar

Ofislər nə qədər təmiz görünsələr də, çox adam birliydə işlədiyi üçün gigiyena baxımından nəzərə alınacaq yerlər arasındadır. Aparılan araşdırmalarda ofislərdə stol, klaviatura, maus, soyuducu, qızdırıcı kimi əşyalar gigiyena baxımından olduqca problemlidir. Təmiz hesab etdiyimiz bir çox yer hətta tualetdən çirkli ola bilər.

Masalar

ABŞ-da aparılan bir araşdırmaya görə, ofislər ən çox mikroorqanizmlərin tapıldığı yerlərdir. Məsələn, şəhər telefonunda 25 mindən çox növ bakteriya və göbələk var. Masa səthləri normal olaraq çirkli hesab etdiyiniz tualetlərdən 7 qat daha çirklidir. Qələmlər, zımbalar və buna bənzər ofis ləvazimatları  çirkli əşyalarımızdan da daha çox mikrobludur. Masanızı ofisdəki digər işçilərlə bölüşsəniz, çirklənmə artır. Digər bir araşdırmaya görə, klaviatura və mausların hər kvadrat santimetrində 1500-3000 mikroorqanizm var. Klaviatura yalnız sizə aiddirsə, bu problem deyil.

Ehtiyat tədbirləri görmək üçün səhər masanızı və telefonunuzu, klaviatura, digər ofis əşyalarını antibakterial salfetlə silmək əhəmiyyətli dərəcədə fərq yaradır. Yeməklərinizi iş masasında yeməməyə çalışın. Yemək yeyirsinizsə, masanı qəşəng silin. Qida qalıqları mikroorqanizmlərin böyüməsini sürətləndirir.

Soyuducular

Tədqiqatlara görə, demək olar ki, bütün ofislərdə ümumi soyuducular sözün həqiqi mənasında bakteriya yuvasıdır. Qapıları daim açılıb, bağlanan soyuducularda içəridəki hava yeməklərin xarab olmadan qala bilmələri üçün kiyafət etmir. Çox yaxşı təmizlənmirlər,  tərkibində çox qida qalığı var. Bu ofis soyuducularını bir gigiyena cəhətdən çirkə çevirir. Soyuducuda uzun müddətli qalan qidaları yeməyin.

Fincan və stəkanlar

Ofisdəki ən çirkli əşyaları arasında fincanlar yer alır. Şəxsi fincanızı istifadə etsəniz də, gün ərzində orda qalan mayelər bakteriya yarada bilər. Buna görə hər istifadədən əvvəl stəkanlar düzgün təmizlənməlidir. Daha təhlükəli isə ümumi fincanlardır. Bunlarda olan bakteriyalar bir insandan digərinə daha asan ötürülə bilər. Yaxşı olar ki, birdəfəlik stəkanlardan və ya öz yaxşı təmizlənmiş stəkanlardan istifadə edin.

Qapı tutacaqları

Hər kəsin toxunması lazım olan qapı tutacaqları mikrobların ən sıx məskunlaşdığı yerlərdəndir. Qrip və bir çox digər xəstəliklərin qapı tutacaqlarından keçə biləcəyi elmi olaraq sübut edilmişdir. Tədqiqatlar göstərir ki, xeyli sayda insanın əl yuma vərdişi yoxdur və onların demək olar ki, yarısı tualetdən sonra da əllərini yuymur. Bunu nəzərə alaraq, hər şey daha dəhşətli olur.

Qapı tutacaqlarındakı mikroblardan qorunmağın ən yaxşı yolu ümumiyyətlə onlarla təmas etməməkdir. Əlbəttə ki, bu bir az çətindir. Bu səbəblə gün ərzində əllərinizi tez-tez yumağa, antibakterial gel və ya əl dəsmalları ilə təmizləməyə çalışın.

Topic.az redaksiyası
Bu yazılar Topic.az saytının redaksiyası tərəfindən hazırlanmışdır. Yazılarda hər-hansı bir səhv, yalnış məlumat və ya digər problemlərə rast gəlsəniz [email protected] elektron ünvanımıza yazmağınızı xahiş edirik.

Tükənmişlik hissi
Karyera   ⁄   31.01.2020   ⁄   1714  baxış

Tükənmişlik sindromunu aradan qaldırmaq üçün 3 məsləhət

Gərgin iş tempi, artan stres, trafik və s. bir çox amillər bəzən işçiləri elə bir nöqtəyə gətirir ki, son nöqtənin adı-tükənməkdir! Bu hissi aradan qaldırmaq üçün nə etməliyik?

İş axtararkən motivasiya
Karyera   ⁄   28.12.2019   ⁄   1505  baxış

İş axtararkən motivasiyanı yüksək tutmağın yolları

İş axtarmaq çox çətin bir prosesdir. Bu çətin prosesdən keçərkən motivasiyamızı yüksək tutmağımız da vacibdir. İşsizlik dövründə motivasiyanı yüksək tutmaq üçün nə etməlisən?

Karyera   ⁄   27.12.2019   ⁄   1274  baxış

Part-time işləməyin üstünlükləri nələrdir?

Həftədə 40 saatdan az tammüddətli iş part-time iş sayılır. Part-time yəni yarım gün iş sayılır. Əlbəttə ki, bu tərifin məzmunu şirkət, sektor və ya vəzifəyə görə dəyişə bilər. Bəs part time işləmək işçi və işəgötürənə hansı üstünlüklər verir?

Karyera   ⁄   27.12.2019   ⁄   1522  baxış

Gələcəkdə təəccübləndirəcək 5 peşə

Kosmik stüardessa, rəqəmsal detektiv, zibil mühəndisi və daha çox! Bütün bu peşələr qulağa maraqlı gəlir? Ancaq görünür, yaxın gələcəkdə bu peşələr haqqında daha çox eşitməyə başlayacağıq.

Karyera   ⁄   25.12.2019   ⁄   1476  baxış

30 yaşdan sonra karyera dəyişikliyi mümkündürmü?

Bir gün, bir çox insan kimi, karyeranıza yeni bir istiqamət vermək istəyə bilərsiniz. Deyək ki, bu istək 30 yaşdan sonra başladı. Nə edəcəksən?

Karyera   ⁄   31.01.2019   ⁄   3184  baxış

Əmək haqqı yüksək olan peşə və vəzifələr

Əmək haqqı ölkədən ölkəyə, hətta eyni ölkədə şəhərdən şəhərə çox fərqlənir. Ancaq, elə peşələr varkı dünyanın hər yerində yüksək əmək haqqı verir. Hansı şəhərdə yaşayırsız yaşayın, xəyallarınızda yüksək əmək haqqılı bir iş varsa, peşə seçərkən bu detalları nəzərdən keçirə bilərsiniz. PayScale.com – dan alınan məlumatlardan istifadə edərək, Almaniya, İngiltərə, Amerika və Kanadada əmək haqqısı yüksək olan peşələri sizin üçün bir araya gətirdik. Peşənizi seçməzdən ya da karyeranızı dəyişmədən öncə siyahıda ola peşələrə göz gəzdirərək məqsədinizi təyin edə bilərsiniz.

Reklam

Son yazılar

Google Developers Group Games
Biznes və texnologiya   ⁄   24.05.2021   ⁄   1447  baxış

Google şirkətinin oyun sahəsindəki yeni brendi “Google Developers Group Games”-in dünyadakı 3-cü mərkəzi Bakıda açıldı.

Pandemiya dövrünün böyük təsiri ilə qlobal oyun sənayesində güclü sıçrayış oldu və oyun sektorunda fəaliyyət göstərən şirkətlərin illik gəlirləri film və musiqi sənayesini geridə qoydu. Dünyanın bir çox böyük şirkətləri: […]

Biznes və texnologiya   ⁄   05.04.2021   ⁄   1133  baxış

Şimali Koreyanın LG şirkəti smartfon istehsalını dayandırdı

Şimali Koreyanın LG şirkəti zərərlə işləyən mobil telefonlar istiqamətini tam ləğv edir. Buna səbəb kimi bazarda yüksək rəqabət şəraiti göstərilib.

Biznes və texnologiya   ⁄   25.01.2021   ⁄   1726  baxış

Global Game Jam Azerbaijan 2021

27 – 31 yanvar tarixlərinlərində eyni anda 200 – ə yaxın ölkədə təşkil edilən Global Game Jam Azərbaycanda da baş tutacaq. Jam pandemiya səbəbindən online keçiriləcək. Tədbirin əsas məqsədi Azərbaycandakı oyun qurucuları cəmiyyətini bir araya gətirmək, inkişaf etdirmək və dünyayla birləşdirməkdir. Azərbaycanda ilk dəfə Global Game Jam Azərbaycan Online keçirilir.

Həyat tərzi   ⁄   26.10.2020   ⁄   4060  baxış

Darçının insan orqanizmasına faydaları

Darçın çox dadlı ədviyyatdır. Darçın, elmi olaraq Cinnamomum olaraq bilinən ağacların daxili qabığından hazırlanmış bir ədviyyatdır. İki əsas darçın növü var: Seylon darçını: “Həqiqi” darçın kimi də tanınır, digəri Cassia darçındır. Bu gün daha çox yayılmış və insanların “darçın”  olaraq adlandırdığları növdür.

Darçın tozu
Həyat tərzi   ⁄   15.10.2020   ⁄   5381  baxış

Darçının faydaları nədir?

Çin təbabətində ənənəvi bir dərman olaraq istifadə edilən darçının həzm və mədə problemlərinə faydası olduğu bilinir. Bir çox xəstəlik üçün faydalı olan bu qida mütləq istehlak edilməlidir. Bəs Darçının faydaları nədir? 

idman-sağlamlıq
Həyat tərzi   ⁄   11.09.2020   ⁄   5154  baxış

Bədənin əzələ kütləsini artırmağın 5 təbii yolu

Əzələ kütlənizi təbii şəkildə artırmaq istəyirsinizsə, məşqlər arasında istirahət etməlisiniz. Bu istirahət dövrü idman qədər vacibdir. Əzələnin inkişafına bu müddət ərzində vaxt verəcəksən.

Turizm   ⁄   04.09.2020   ⁄   2509  baxış

Zürafə Boyunlu Qadınlar

“Zürafə boyunlu” olaraq bilinən dünyanın ən uzun boyunlu qadınları Kayanlar adlı bir xalqın üzvləridir.  Kayan xalqı Cənub-Şərqi Asiyada- Burma və Tayland kimi də bilinən Myanmada yaşayır. Kayan qəbiləsinin üzvləri Qırmızı Karen (Kayah) xalqının bir alt qoludur. Qırmızı Karen xalqının alt qrupu olaraq bilinən Padaunglar, zürafə boyunlu qadınlardan ibarətdir. Padaung sözü Şan dilində “uzun boyun” mənasını verdiyi üçün bu qrup insanlara bu ad verilmişdir.

Biznes və texnologiya   ⁄   04.09.2020   ⁄   2456  baxış

Alimlərə görə yuxu real həyatın davamıdır

Elm adamları 24 min yuxu üzərində tədqiqat apararkən  təəccüblü nəticələr əldə etdilər. Araşdırmalara görə röyalar real həyatımızın davamı ola bilər.

Dis mecunu - flor
Həyat tərzi   ⁄   04.09.2020   ⁄   2777  baxış

Diş məcunundakı flor zərərlidir yoxsa faydalıdır?

Flor diş çürüklərinin qarşısını almaqda böyük əhəmiyyətə sahibdir. Diş pastasının işini müzakirə etmədən əvvəl diş çürüməsinin necə baş verdiyini izah edək.

Balıq yağının faydaları
Həyat tərzi   ⁄   10.07.2020   ⁄   3389  baxış

Balıq yağının faydaları

Balıq yağının faydaları nələrdir? Balıq yağı ən çox hansı balıqda olur? Balıq yağı əlavələrinin tərkib hissəsi nələrdir?