Okeandakı oksigen miqdarı 2 faiz azalıb
Elm adamları okeandakı oksigen miqdarının 50 ildə 2 faiz azaldığını təsbit etdilər. İqlim dəyişməsi okeanlardakı həyatı da mənfi təsir göstərir.

Dərc edilmiş elmi araşdırma nəticəsində okeanların oksigen miqdarı 50 ildə (1960 – 2010) 2 faiz azaldı.
New York Times qəzetinin yazdığına görə, IUCN (Beynəlxalq Təbiəti Qoruma Birliyi) tərəfindən aparılan araşdırma indiyədək öz sahəsində ən böyük elmi araşdırmadır.
Tədqiqata görə, 1960-cı illərdə okeanlardakı az oksigen zonalarının sayı 45 idi, ancaq bu rəqəmin 50 ildə 700 ətrafında olduğu təxmin edildi.
Tamamilə oksigen çatışmazlığı kimi təsvir olunan ‘anoksiya’ vəziyyətindəki nöqtələrin eyni vaxtda dörd qat artdığı aşkar edildi.
Bu vəziyyət tuna, köpəkbalığı və qılınc balıq kimi növlərə təhlükə yaradır.