Oracle-ın təsisçisi Larry Ellison Tesladakı səhmlərini açıqladı
Amerika şirkəti Oracle-ın təsisçisi Larry Ellison Teslaya investisiyası haqqında məlumatları açıqlayıb. O, elektrikli avtomobil istehsal edən Teslada 3 milyon səhmə sahib olduğunu qeyd edib. Bu barədə Bloomberg agentliyi xəbər verir.

Larry Ellison – Oracle
Agentliyin məlumatına görə, səhmlərin dəyəri 1 milyard dollar dəyərindədir. Beləliklə, Ellison 1,75% hissə payı ilə Tesla şirkətinin fərdi investorları arasında arasında ikinci böyük yeri tutur. Teslanın CEO-su Elon Mask daha böyük hissəyə nəzarət edir, səhmlərin təxminən 20%-i ona məxsusdur.
Larry Ellison Teslanın səhmlərinə birbaşa deyil, Lawrence J. Ellison Revocable Trust vasitəsilə sahiblənib. Bunu da agentlik qeyd edib.
Ellison 2018-ci ilin sonunda Teslanın müstəqil direktoru təyin olundu. Bu vəzifə, Walgreens Boots Alliance dərman şirkətinin vitse-prezidenti Caitlin Wilson-Thomsondan alındı.