Qara düyü nədir? Qara düyünün faydaları nələrdir?
Qara düyü son illərdə faydaları ilə çox məşhur oldu. Tərkibində yüksək miqdarda lif və minerallar olan qara düyünün ürək xəstəlikləri və xərçəngdən qoruyucu ola biləcəyi də deyilir. Bəs bu qara düyü nədir, faydaları nədir? Qara düyü necə bişirilir?

qara duyu nedir
Qara düyü digər bütün düyülərə nisbətən antioksidanlar cəhətdən ən yüksəkdir və digərlərinə nisbətən daha çox proteinlidir.
Qara düyü, qara-bənövşəyi rəngini antioksidan xüsusiyyətlərə sahib olan antosiyan adlı bir piqmentdən götürür.
Antioksidanlar, hüceyrələrinizi sərbəst radikallar kimi tanınan molekulların yaratdığı oksidləşdirici stresdən və zəhərli birləşmələrdən qoruyan bir quruluşa sahibdirlər.
Dəmir qaynağı

qara duyunun faydaları
Qara düyü yaxşı bir dəmir mənbəyidir. Xüsusilə dəmir və maqnezium deposu olaraq bilinir. Vegetarianlar üçün yaxşı bir alternativ olan qara düyü sümük, əzələ və sinir toxuması üçün də faydalıdır. Rəngi tamamilə təbiidir, genetikası dəyişdirilməyib.
Gluten yoxdur
Qara düyünün tərkibində gluten yoxdur. Bir çox taxıllarda gluten vardır. Lakin qara düyü glutensiz pəhriz edənlər üçün əla seçimdir. Çölyak xəstəliyi və ya gluten həssaslığı olanlar üçün yaxşı bir seçimdir.
Çəki azalmasına kömək olur
Qara düyü iştahı azaldaraq çəki azaltmağa kömək olur. Sağlam maddələr sayəsində yaxşı bir protein və lif mənbəyidir.
Ürək sağlamlığını qoruyur
Tədqiqatlarla məlum olur ki, antioksidanların əksəriyyəti ürək xəstəliklərindən qorunmağa kömək edir. Qara düyü antioksidantlarla çox zəngin olduğu üçün, ürək sağlamlığını qoruyur.
Qara düyü necə bişirilir?
Pişirərkən düyü əriməsinin qarşısını almaq üçün həddindən artıq nişastanın bir hissəsini çıxardaraq, əvvəlcə düyü soyuq su ilə yuyun.
1 stəkan qara düyü üçün 3 stəkan isti su istifadə edə bilərsiniz.
Orta dərəcədə düyü və suyu bir qazanda qaynamağa qoyun. Qaynadıqdan sonra qapağı örtün. Düyünü 30-35 dəqiqə və suyu çəkilənə qədər bişirin. Qara düyünü istər yeməklərdə, istərsəniz salatlarda istifadə edə bilərsiniz.
Qara düyüdən hazırlanan lif nümunələrini təhlil edən bir qrup elm adamı, məhsula rəngini verən və hüceyrə yeniləməsini, yəni antioksidan xüsusiyyətlərini qazandıran antosiyaninlərlə çox zəngin olduğunu dedi.