Qara turpun inanılmaz faydaları
Bir tərəfdən sağlamlığınızı artırarkən digər tərəfdən isə gözəl görünməyinizə imkan verəcək təbii məhsul axtarırsınız? Qara turpun rəngi nə qədər ürəkaçan olmasa da heyrətamiz faydaları öyrəndikdən sonra şübhəsiz bu kiçik qara tərəvəzə aşiq olacaqsınız.

qara turp və inanılmaz faydaları
Dərinin sağlamlığı üçün faydalıdır
Parlaq və sağlam bir dəri əldə etməyiniz lazım olan ilk şey təmiz bir daxili sistemdir. Qanınız mikroblarla doludursa, dərinizin onu əks etdirməsinə təəccüblənməməlisiniz. Qara turp belə bir vəziyyətdə sizə çox kömək edə bilər. Tərkibindəki B vitamini, sink və fosfor sayəsində təsirli bir qan təmizləyicisi olaraq işləyir. Orqanizmanızda artıq maddələr ilə yanaşı hər növ toksinləri xaric edir. Nəticədə qara turpu tez-tez yeyərsəniz, orqanizmanıza detoks təsiri edərək qüsursuz bir gözəlliyə sahib olarsız.
Dəri ləkələrini aradan qaldırır
Qara turp, çox sayda təbii antioksidan və dərimizin yaşlanmaya qarşı mübarizəsi üçün vacib səviyyədə olan C vitamini tərkiblidir. Digər tərəfdən, bu antioksidanlar və vitaminlərdən əlavə, vücudumuzda oksidləşmənin qarşısını alan bir neçə digər güclü birləşmələr var. Buna görə qara turp suyunun müntəzəm istehlakı zərərli sərbəst radikallardan qurtulmağımıza və bununla da daha cavan bir dərinin olmasına kömək edəcəkdir.
Soyuqdəymə və Öskürəyi aradan qaldırır
Qara turpun sehirli gücü xroniki soyuqdəymə və öskürək müalicəsində də təsirlidir. Bunun üçün turp suyunu sıxın, bir az şəkər əlavə edin və gözləyin. Səhər meyvə şirəsi kimi istehlak etdikdə bunun tənəffüs yoluxucu xəstəliklərə qarşı əla bir vasitə olduğunu başa düşəcəksiniz.
Tiroid hormonlarını tənzimləyir
Qara turpun ən uğurlu məsələlərindən biri tiroid hormonlarının pozulmasını həll etməkdir. Tiroid hormonlarınızdakı bir natarazlıq uzun müddət və bəlkə də həyatınız boyu dərman qəbul etməyinizə səbəb ola bilər. Raphanin tiroid hormonlarının ifrazını və istehsalını tənzimləyən təbii bir fermentdir. Qara turp Raphanin ilə zəngindir
Saçınızın yağ balansını qoruyar
Qara turp, baş dərisinin həddindən artıq qurululuğu və ya yağlanması üçün də istifadə olunur. Bundan əlavə, kəpəkdən şikayətlənirsinizsə bu gündən qara turpun suyundan istifadə edin. Bu şəkildə saçlarınız və baş dəriniz lazımi qidalarla təmin olacaqdır. Digər tərəfdən, sebum bezlərinin həddindən artıq ifraz olunması səbəbindən baş dərisinin yağlanmasına məruz qalırsınızsa, qara turp tərkibli saç maskası istifadə edin. Sebum ifrazatını kontrol altında saxlayaraq parlaq tüklərə sahib ola bilərsiniz.
Böyrək daşlarının atılması kömək olur
Qara turp böyrək və öd kisəsində meydana gələ biləcək daşlara qarşı təbii bir vasitədir. Üstəlik, daşların yaratdığı ağrıları aradan qaldırır və sidik artırır. Qara turpun sidikqovucu xüsusiyyətləri sidik çıxartmanız asanlaşır. Böyrək və öd kisəsi daşlarından asanlıqla qurtula bilərsiniz.
Həzm sistemini yaxşılaşdırır
Qara turp əla detoksifikasiya agentidir. Bu da mədədən toksinləri çıxarır. Bu, mədənin PH səviyyəsini qorumağa kömək edir və eyni zamanda zəngin lif mənbəyi ilə həzm prosesini asanlaşdırır. Digər tərəfdən, həzm sisteminin yaxşılaşdırılmasına səbəb olan öd kisəsi funksiyasını işini yaxşılaşdıraraq bədənin ümumi həzm sisteminin sürətini artırır.