Qlüten nədir? Qlütenin zərərləri nələrdir?
Qlüten son günlərdə bəzi xəstəlik qrupları üçün xüsusi həssaslıq tələb edməsi səbəbi ilə maraq doğurmuşdur. Tərkibindəki zülallar səbəbiylə allergik reaksiyalara səbəb ola bilən qlüten, çörəkdən başqa bəzi məhsullarda da istifadə olunur. Diqqət olunması gərəkən qlüten nədir?

qlüten və onun zərərləri
Qlüten tərkibindəki zülallar səbəbiylə allergik vəziyyətə səbəb ola bilər. Bəzi məhsulların istehsalında qlüten tez-tez istifadə olunur. Bəs qlüten hansı məhsulların tərkibindədir?
Qlüten nədir?
Qlüten çörək hazırlanması prosesində xəmirin əsas tərkibini əmələ gətirən güclü tərkibindən cavabdeh olan zülaldır. Qlüten olmadan çörək mayalanmaz və qabarmaz.
Qlüten elastik bir zülal toplusudur. Zülallar bir-birlərinə bağlandıqlarında çevik bir quruluş meydana gətirirlər. Su ilə qarışdırılıb xəmir halına gətirildiyində qlüten zülalları da eyni çevikliyə sahib olur. Maya tək hüceyrəli bir organizma- buğda ununa əlavə olunur. Burada şəkər fermentasiya yolu ilə istifadə olunur. Karbon qazından ibarət qaz baloncuklarına çevrilir. Qlüten zülalları isidildikdə tutulur, əsnəklik yumuşaqlığa çevrilir. Hər hansı bir buğda çörəyini dilimləsəniz içindəki qabarcıqları və qlüten əlavəsini görə bilərsiniz.
Qlüten əvəzinə hansı məhsullar istifadə olunmalıdır?
Qlüten yeməkdə tərəddüd edənlər, eyni qida dəyərini təmin edəcək kartof, qarğıdalı unu və qəhvəyi düyü kimi qidalar yeyə bilərlər.
Düyü və düyü unundan hazırlanan şirniyyatlar, qarğıdalı, noxud, soya, kartof, bütün tərəvəzlər, meyvələr, paxlalı bitkilər qrupu, ət, toyuq, balıq, mərcimək kimi məhsullar da bu qrupa daxildir.
Qlütensiz qidalanmanın zərərləri nələrdir?
Qlütensiz qidalanmağa başlayan Çölyak xəstələrində, incə bağırsağın qlütenə qarşı ömür boyu davam edən və xronikləşən allergiyası, həssaslığı mənasına gəlir. Bu xəstəliyə sahib olanlar qlütenli qidalar yedikdə bağırsaq mukozasındakı allergiya səbəbi ilə incə bağırsağın florasını məhv edər. Beləliklə yeyilən qidalar əmilməz, qarın ağrısı, qaz, şişkinlik, ishal, çəki itkisi, əzələ problemləri və dəmir əksikliyi kimi bir çox həyati təhlükə yaradacaq ciddi problemlər görülməyə başlayar. Çölyak xəstələri qlütensiz qidalanmağa diqqət etməyə başladıqda bağırsaq florasının yaxşılaşdığı və buna bağlı olaraq vitamin və mineral itkisinin azaldığı da görülür.
Qlütensiz qidalanmağla ilə bağlı ən çox maraq doğuran arıqlamağa kömək olub-olmamağıdır. Qlütensiz bir həyata addım atıldığında simit, makaron, xəmir kimi zərif karbohirdatlardan uzaqlaşdığımız üçün bir qədər arığlama görülə bilər. Beləliklə, aldığı enerjinin az olması səbəbindən bədənin enerjisi qaçılmaz olaraq məhdudlaşır. Ancaq tam taxıllı qidalar, iştah kontrolu, ürək damar xəstəlikləri, insulin müqaviməti kimi bir çox xəstəliyə qarşı qoruyucu olduğu üçün qlütensiz bir həyata keçmədən əvvəl bunların hamsı düşünülməli və əmin olunmalıdır. Qlütensiz qidalar qarabaşaq, kinoa, kətən toxumu, düyü, noxud, kartof, tərəvəz və meyvələr, süd məhsullarında olmadığı kimi, işlənmiş qidalar, salat sousları, hazır qidalar, biskvit kimi şəkərli yeməklərdə həddindən artıq vardır.