Qocalmanı ləngidən 8 məsləhət
Orqanizmin yaşlanmasının qarşısını almaq mümkün deyil, ancaq bu qaçınılmaz prosesin sürətini azaıtmaq üçün həyat tərzini düzəltmək əlimizdədir. Yaşlanma səbəblərini tapdıqdan sonra, biz bu zərərli amilləri minimuma endirib gümrah xarici görünüşdən, sağlam səhhətdən və xoş əhval-ruhiyyədən zövq alacağıq. Belə ki, elm adamları yaşlanmağımızın dörd əsas səbəbini müəyyən ediblər.

Orqanizmin qocalma səbəbləri:
İltihab, stress, şəkər, oksidləşmə – gəncliyin əsas düşmənidir. Bu proseslər sistematik şəkildə bədənimizə təsir göstərir və hüceyrələrin, toxumaların və orqanların yaşlanmasına səbəb olur.
- İltihab – ürək-damar sisteminin xəstəliyi, əqli zəiflik, artıq çəki, şəkərli diabet və xərçəng daxil olmaqla bir çox xəstəliklərin başlanğıc nöqtəsidir.
- Stress bizim hormonal tarazlığımızı pozur və kortizol istehsalını stimullaşdırır, hansıkı çox miqdarda beyin də daxil olmaqla orqanizm sisteminə mənfi təsir göstərir. Buradan da, idrak və yaddaş pozğunluğu yaranır.
- Şəkər yağ ehtiyatlarımız üçün məsul olan insulinin istehsalını stimullaşdırır. Beləliklə, artıq çəki və şəkərli diabet yaranır.
- Oksidləşmə – cinsi həyatınıza, dərinizə və beyninizə təsir edən sərbəst radikalların formalaşmasıdır.
Qocalma prosesini ləngidən məsləhətlər:
Qocalma prosesinə qarşı qidanıza diqqət yetirin. Hər yeməyinizdə zülallar qəbul edin. Diyetoloqlar hər kq çəkiyə bir qr zülal istifadə etməyi məsləhət görür. Məsələn, bir yeməkdə 65 kq çəkili qadın üçün 22 qr zülal lazımdır – bu, 3 yumurta ağı, toyuq və ya hinduşkanın döş əti ola bilər. Zülalı yüksək yağı az olan qidalar seçin. Protein qanda insulin səviyyəsini azaldır, bu da artıq çəki almağın və xəstəliklərin ehtimalını azaldır.
Dincəlin. Stresslə hər cür mübarizə aparın. Əlbəttə ki, çətin bir gündən sonra gərginliyi azaltmağa kömək edən yöntəmlər var: isti vanna, yaşıl çay, isti süd, parkda gəzinti, yoqa ilə məşqul olmaq. Qocalmaya qarşı onlara vaxt ayırın və ya yeni bir şey edin. Stress sizdən uzaqlaşacaq.

Lavanda -efir yağı
Stresslə mübarizə apamaq üçün bütün vəsaitlər.
Stress qocalmanın əsas səbəblərindən biridir. Buna görə, bir daha istirahət etmək pis olmaz. Psixoterapevtlər lavanda efir yağının kömək ola biləcəyini iddia edirlər. O, yalnız gözəl qoxu deyil, eyni zamanda bioloji səviyyədə bədənimizə təsir edir, qanda kortizolun artmasına mane olur. Onu vannada suya tökün və ya krem ilə qarışdırıb bədənə sürtün. Qurudulmuş lavanda çiçəklərini paketə qoyub yataq otağınıza apara bilərsiniz.

İdman -sağlam həyat
İdman yalnız çəki itirmək üçün deyil. Daimi məşqlər qan damarlarını, ürək və sinir sistemini gücləndirir. Fiziki fəaliyyət beyində yaşlanma, iltihablanma, şəkərli diabet və illər ərzində inkişaf edə biləcək digər xroniki xəstəliklərin qarşısını alır. Sizə xoş olan idman növünü seçin – qaçmaq, velosiped sürmək, rəqs etmək, üzgüçülük və s. Gündə ən azı 20-25 dəq bu idman növü ilə məşqul olun. Lazım olsa, gündə iki dəfə 10 dəq edin. Getdikcə, məşqlərin müddət və intensivliyini artırın. Bir gün qaçırdığınız halda, vərdişə daxil olmağa icazə verməyin və ertəsi gün məşq edin.
Gecə 8 saat yatın. Gəncliyin qorunması üçün bu vacib məsələdir. Yuxusuzluq yalnız görünüşümüzə təsir etmir, həm də xroniki stressə səbəb olur.

Vitamin -sağlamlıq
Vitamin və bioloji aktiv əlavələr qəbul edin. Qocalması ilə mübarizədə xüsusilə B vitamini faydalıdır. B vitamini sinir sistemini gücləndirir, kortizol istehsalını azaldır və yaxşı əhval-ruhiyyəyə və sakitliyə məsul olan serotonini stimullaşdırır. Kollagen və elastin istehsalını stimullaşdıran bioloji aktiv əlavələrdən istifadə etmək məsləhət görülür. Sərbəst radikallarla mübarizə aparmaq üçün antioksidantlar qəbul edin – vitamin A, C, E və selenium.
Həyatdan həzz alın. Tez-tez özünüzü sevindirin. Dostlarla görüşün, sevdiyiniz işlə məşqul olun, əylənin – bu, yalnız xoş deyil, həm də faydalıdır. Serototinin səviyyəsi artır və sağlamlığa və uzunömürlülüyə dair bütün təhlükələr yavaş-yavaş azalır.