Qripdən asan xilas olmağın və yenidən xəstələnməməyin yolları
Əgər siz qripin başlanğıcında tədbir almamısınızsa, onda müalicə simptomatik olacaq – xəstəliyin özü deyil, onun xoşagəlməz simptomlarını aradan qaldıracaqsınız. Gəlin, əsas simptomları necə idarə edəcəyimizə baxaq.

Qripdən qorunmaq
Yüksək hərarət
Lixoradka – hərarətin artması və səhhətin pisləşməsidir. Bədənin hər yerində ağrı ilə müşaiyət olunur (əzələlərdə, sümüklərdə, oynaqlarda, başda və s.).
Hərarəti nə vaxt aşağı salmaq lazımdır? Yaradılan fikirlərə zidd olaraq, hərarətin özü 40 dərəcəyə qədər bədənə zərər vermir. Bu rəqəmin üzərində isə təhlükəli ola bilər, lakin qrip vaxtı o dərəcəyə kimi artma mümkün deyil. Bu, nadir ağır infeksiya və qeyri-infeksiyon şəraitin olmasıdır, dərhal həkim çağırmağınız məsləhət olunur.
Çox hallarda, biz termometrin göstəricisinə deyil, səhhətimizin yerində olub-olmamasına diqqət yetiririk. Özünüzü pis hiss edirsinizsə, hərarəti aşağı salan dərman qəbul edin. Dərmanlar çoxdur, amma sadə qripdisə, effektivliyinə və təhlükəsizliyinə görə parasetamol və ya ibuprofen yaxşıdır. Hər iksi uşaqlara olar. Parasetamol ibuprofendən fərqli olaraq, mədə xəstəliyi olan insanlar üçündür, ona təsir etmir. Böyüklər üçün standart doza – gündə 3000 mq parasetamol, 1200 mq ibuprofen qəbul etmək olar. Bu dozalar müstəqil olaraq təyin edilə bilər, lakin zərurət olduqda həkim dozanı artıra bilər.
Eyni zamanda parasetamol və ibuprofeni qəbul etmək olmaz. Onlar arasında ən az 2 saat keçməlidir yoxsa bu böyrəklərə pis təsir göstərir. Bu vəziyyətdə spirt və sirkə ilə silmək, buzlu vanna və s. xalq təbabəti ya kömək etmir ya da təhlükəli ola bilər. Onların təsiri altında dəridəki damarlar daralır və istiliyi çətinliklə keçirir – nəticədə hərarət 40 C-dən yuxarı qalxa bilər. Amma, isti, az soyuq vanna və duş həm temperaturu azaldır, həmdə gigiyena vasitəsi kimi, dərini tərdən təmizləyir və termorequlyasiyanı bərpa edir. İstək varsa və hava yaxşıdırsa gəzişmək də olar. Bu halda, hava şəraitinə uyğun geyinmək lazımdır, çox isti paltar istiliyi saxlayır və hərarəti artırır.
Boğaz ağrısı
Hərarəti aşağı salan dərmanlar, xüsusilə ibuprofen əla ağrıkəsicidir. Bir qədər əriyən dondurma və ya sərin smuzi boğaz ağrısı üçün əla vasitədir (əsasən uşaqlar üçün), boğaz rahatlanır, ağrı azalır. Tərkibində efir yağları və yerli anestetiklər olan spreylər də boğazı rahatladır. Təxmini eyni təsiri boğazı qar-qara eləmək də verir. Bunların hamısı boğazı rahatlatmaq üçündür, tez bir zamanda sağalmaq üçün deyil. Ona görə hər saat bunları etmək ancaq istəyə bağlıdır.
Laringit əlamətləridir. Bu vəziyyətdə, otaqda hava nəmləndiricisi rahatlıq gətirə bilər. Ağır laringitdə həkim qlükokortikoid hormonları təyin edə bilər. Laringit uşaqlarda səhər öskürərək ayılmaq, nəfəs ala bilməmək kimi özünü göstərir. Yüngül halda nəmləndirici və valideynin yanında olması kifayətdir. Ağır hallarda qlükokortikoid inqalyasiyası, qlükokortikoid dərmanları, çox ağır hallarda isə adrenalin inqalyasiyası istifadə olunur. Axrıncını yalnız həkim edə bilər və valideynə də bunu öyrədə bilər.
Burun axma
Nəfəs alma çətindirsə, burun üçün damlalardan istifadə edə bilərsiniz. Lakin, 5 gündən artıq onları etmək olmaz, asılılıq yaradır. Uşaqlar üçün sprey və ya pipet istifadə edin. Çünki bu preparatlar aşırı dozada çox təhlükəlidirlər.
Virus infeksiyaları bu tövsiyyələri yadda saxlamaq lazımdır.
- Qrip və soyuqdəymənin simptomlarını yüngülləşdirən – tez həll olunan toz və həblərdən istifadə edin. Onlar yalnız içindəki parasetamola görə təsir edirlər. Qalan maddələr əhəmiyyətli deyil. Sadəcə, onlar dadlıdırlar onları içmək asandır.
- Bol su içmək. İstədiyiniz hər hansı bir içki. Əgər sidik açıq sarı rəngdədirsə demək kifayət qədər su içirsiniz. Əgər sidik tünd rəngdədirsə və ya azdırsa deməli daha çox içməlisiniz.
- İştahınız varsa yeyin, yoxdursa yeməyin. Özünü məcbur etmək lazım deyil.
- Maskalar virusun ötürülməsinin qarşısını almır, istər xəstə taxsın, istər ona qulluq edən fərqi yoxdu.
Nə zaman həkim çağırmaq lazımdır
Adətən, qrip 5-7 gün müdətində olur. Əgər zəiflik, nəfəs darlığı, hərarət, yuxusuzluq, huşsuzluq, burun, dodaq, əl və ayaqlarda göyərmə varsa dərhal həkim çağırmaq lazımdır. Xoşbəxtlikdən ciddi ağırlaşma nadir hallarda baş verir, peyvənd olunduqda, demək olar ki, heç vaxt.