Qripin sağalmasını sürətləndirmək üçün 6 sadə məsləhət
Qripdən qorunmağın vacib olduğu qədər, xəstəliyə tutulduqdan sonra ən sürətli şəkildə sağalmaq da vacibdir. Qrip adi görünsə də həyati təhlükəyə də yol aça bilər. Bəzi insanlar qrip alanda daha ağır […]

qrip və onun müalicəsi
Qripdən qorunmağın vacib olduğu qədər, xəstəliyə tutulduqdan sonra ən sürətli şəkildə sağalmaq da vacibdir. Qrip adi görünsə də həyati təhlükəyə də yol aça bilər. Bəzi insanlar qrip alanda daha ağır xəstəliklərə tutulurlar. Bunlar uşaqlar, yaşlılar, hamilə qadınlar, xroniki xəstəlikləri olan insanlardır. Qrip sətəlcəm, qulaq iltihabı, sinüzit və xroniki xəstəliyin pisləşməsi kimi ağırlaşmalara səbəb ola bilər. İzdiham olan mühitdən uzaq durmaq, xəstə olduğu bilinən insanlarla ünsiyyətdə olmamaq, tez –tez əl yumaq, xəstə olarkən istifadə olunan salfetlər ortada buraxılmamalıdır.
Qrip müalicəsində antibiotik istifadə olunmalıdır?
İmmuniteti yaxşı olan insanlarda antiviral dərmanlar istifadə olunmur. Ağrıkəsicilər, temperatur salıcılar, öskürək kəsicilər istifadə olunur. Xəstənin istirahət etməsi və bol maye içməsi məsləhət görülür. Diabet, ürək, böyrək xəstəlikləri, xərçəng xəstələri, hamilə qadınlar, gənc uşaqlar və 65 yaşdan yuxarı insanlar klinik vəziyyəti qiymətləndirərək antiviral dərmanlardan istifadə edə bilərlər. Qrip virusu xəstəliyi olduğu üçün, antibakterial antibiotiklərin müalicədə yeri yoxdur. İstifadə edildiyi təqdirdə yuxarı tənəffüs yollarının florasına təsir edə bilər.
Müalicənizi kəsməyin
Həkiminizin verdiyi müalicəni kəsməyin. Öz diaqnozunuzu özünüz qoyub təsadüfi dərmanlar içməyin. Xüsusilə, terapevtik məqsədlər üçün alınan antibiotiklər faydadan daha çox zərəri ola bilər. Qrip üçün təyin olunan dərmanlar birbaşa infeksiya üçün deyil, simptomları aradan qaldırmaq, xəstəliyi yüngülləşdirmək və ağırlaşmaların qarşısını almaq üçündür. Antibiotiklər deyil, həkim tərəfindən təyin edilən temperatur salıcılar, antipiretiklər, nəfəsi yüngülləşdirən spreylər, boğaz ağrısı və yanma üçün qarqaralar, bədən müqavimətini artırmaq üçün vitaminlərdən istifadə edilməlidir.
İstirahət edin
Xəstə adam yatağında yatmasa da, bədəni yorucu idman və hərəkətlərdən çəkinməli və bir neçə gün dincəlməlidir. Qrip ciddi əmək itkisinə və məktəb uşaqlarında dərs itkisinə səbəb olur. İstirahət edilməzsə həm müalicə müddəti uzanır, həm də xəstəliyin əks təsirləri artır. Xəstə insanların dincəlməyinin başqa bir üstünlüyü isə digər insanları xəstə etməmələri, xəstəliyi yaymamalarıdır.
Yuxunuzu alın
Yuxu rejimi bədənin sağlamlığı üçün ən vacib detallardan biridir. Yuxu zamanı, xüsusən də uşaqlarda hüceyrələr yenilənir və melatonin hormonu ifraz olunur. Gündəlik 7 saatlıq yuxu orqanızmanın müdafiəsini güçləndirir.

qrip müalicəsində yuxu
Maye istifadəsini azaltmayın
Bol su için. Xüsusilə qarışıq bitki çayları da içə bilərsiniz. Əlbəttə hər artıq şeyin zərəri olduğu üçün artıq mayedən də uzaq durmalısınız.
Yaxşı qidalanın
Sağlam qidalanmaq, hazır və paketlənmiş qidalardan uzaq durmaq immunitet sistemini gücləndirir.
İmmunitet sistemini gücləndirin
Stressdən uzaq durmaq, rejimli yuxu, lazımı qədər dinlənmə, siqaretdən uzaq duraraq immunitet sisteminizi gücləndirmək xəstəliyi asanlıqla keçirməyinizə kömək edir