Romada 10 addımda gəziləcək yerlər
Lazio bölgəsində yerləşən Roma eyni zamanda ayrı bir dövlət olan Vatikanı öz sərhədi daxilində əhatə etdiyi üçün hər ikisinin də paytaxtı sayılır. Roma İmperiyasının mərkəzi olan bu tarixi şəhər, sahib olduğu memarlıq və bədii xəzinələri ilə şəhərin hər yerində tarixi irsini nümayiş etdirir. Bu yazıda sizə Romada 10 addımda ziyarət ediləcək yerlər barədə məlumat verəcəyəm …

Roma, İstanbul kimi yeddi təpəli bir şəhərdir. Bunlardan ən məşhuru Capitol təpəsidir. Burada qədim qalıntılarla rastlaşacaqsınız. Şəhərin üç məbədinin olduğu Capitol-da II Vittorio Emanuele abidəsi də var. Meydanın ortasındakı heykəl, Marcus Aureliusun replikasıdır.
Burada ayrıca Michelangelo tərəfindən hazırlanan Palazzo Nuovo ve Palazzo dei Conservatori-da sərgilənən əsərlərin olduğu Capitoline muzeyləri də var. Şəhərin tam mərkəzində olan Capitoline, Piazza Venezia ilə gəzinti məsafəsində yerləşir.
İmperatorluq dövrünün Romasının son abidələrindən olan Zəfər Tağı, Konstantinin paytaxtı Bizansa köçürməzdən əvvəl qazandığı bir müharibənin şərəfinə qurulmuşdu. 21 metr hündürlüyü olan bu tağ Coliseum yaxınlığında yerləşir.

Zəfər tağı
Dünyanın ən böyük arxeoloji məkanlarından biri olan Roma Forumu, Roma İmperiyası dövründə tərəvəz və meyvə bazarı olaraq istifadə edilmişdir. Daha sonra isə mərasim mərkəzinə çevrilmişdir. Roma Forumu-nun içində ibadətgahlar, tağlar və bir vaxt məhkəmə və iş mərkəzi kimi istifadə olunan binaların qalıqları yerləşir. Kolezyum yaxınlığında olan Roma Forumu-na giriş ödənişlidir.

Roma Forumu
Romanın yeddi təpəsindən biri olan Palatino təpəsi eyni Kapitol təpəsi kimi tarixi qalıntılarla doludur. Augustus Evi, Livia Evi, Domus Flavia kimi abidələr burada yerləşir.

Palatino Təpəsi
Coliseum 80-ci ildə xalqın gladiator və vəhşi heyvan şoularını izləməsi üçün inşa edilmişdir. Oturma qaydası siniflərə görə dəyişən Coliseum-un izləyici tutumu 55 mindir. Populyarlıq qazanmaq istəyən imperatorların təşkil etdiyi qanlı döyüşləri izləmək və sonra itirilənlərin ölümü o dövrdəki romalıların ən böyük əyləncəsi idi.

Colosseum-dan bir görüntü
Piazza Navona (Navona Meydanı)
Piazza Navona (Navona Meydanı), barok kilsələri, alovlu çeşmələri, zərif kafe və restoranları, hər tərəfi ilə tarix qoxusu olan dəbdəbəli mağaza və quruluşları ilə Romanın ictimai həyatının qəlbinin atdığı yerdir. Meydan 30 min nəfərlik bir stadion kimi tikildiyi üçün yenə də stadiona bənzəyir. Gecə-gündüz dolu olan bu meydan küçə sənətçilərinə də ev sahibliyi edir.

Piazza Navona meydanından görüntü
“Bütün tanrıların tapınağı” mənasına gələn 43 metr hündürlüyündə beton qübbəli Pantheon, qədim dövrlərə aiddir. Daha sonra katolik kilsəsinə çevrilən Panteon məzarlarla əhatə olunmuşdur.
Turistlərin gözdə məkanı olan Piazza di Spagna, İspanyol Addımları, Triniti dei Mondi Kilsəsi, Fontana della Barcaccia və çox sayıda kafesiylə məşhurdur. Yaxınlıqdakı İspaniya səfirliyinin adını daşıyan İspan Adımları, yerli insanların və turistlərin görüş nöqtəsidir. Pilləkənin məqsədi yuxarıdakı Triniti dei Mondi Kilsəsinə çatmaq olsa da, pilləkənlərin şöhrəti demək olar ki, kilsəni unutdurdu. 135 basamaqdan ibarət olan İspan Addımları oturub ətrafı ziyarət etmək üçün qurulub.

Piazza di Spagna
Bir çox festivala və saysız açıq hava tədbirlərinə ev sahibliyi edən Piazza del Popolo (Popolo Meydanı), saysız kafe və restoranlari ilə də Romanın ən geniş meydanları sırasındadır. Bu meydanı Misirdən gətirilən obelisk ilə digərlərindən ayıra bilərsiniz. Santa Maria del Popolo kilsəsi də burada yerləşir.

Popolo Meydanı
Türklərin Sevgi Bulağı adlandırdığı Trevi Bulağı, Romadakı ən məşhur bulaqdır. Dəniz tanrısı olan Neptun Triton ilə əhatə olunmuşdur. “Üç bulaq” mənasına gələn Trevi bulaqı altındakı üç qrunt sularının birləşməsindən adlanmışdır. Rəvayətə görə padşah və əsgərlər susuzluqdan ölmək üzərəykən bu bulaq indiki yerində görünüb. Buraya gələn turistlər istəklər edir və hovuza pul atırlar. Bundan sonra hovuzdakı pul toplanır və bu pulla yoxsullara yemək və içkilər alınır.

Roma-trevi-bulağı