Rumıniya öz səfirliyini Qüdsə köçürür
Rumıniyanın İsrailin Tel-Əviv şəhərindəki səfirliyi Qüdsə (Yerusəlim) köçürmək üçün bütün lazımı prosedurları edir.

Rumıniya səfirliyi- Qüds
Rumıniya öz səfirliyini Qüdsə köçürür.
Bunu bazar günü ölkənin baş naziri Viorika Dançile deyib.
Bu gün Amerika – İsrail İctimai Münasibətlər Komitəsi auditoriyası qarşısında açıqlayıram ki, ölkəmizdə qərar qəbuletmə prosesində iştirak edən bütün konstitusiya subyektləri tərəfindən təhlil edildikdən sonra, tam razılıqla, mən, Rumıniya baş naziri və hökumət başçısı olaraq, Rumıniya səfirliyini Yerusəlimə, İsrailin paytaxtına köçürəcəyik
deyə Rumıniya hökumətinin mətbuat xidməti baş nazirin sözlərini sitat gətirib.