Rumıniyanın qəribə şəhəri -Drobeta Turnu Severin
Rumıniya ecazkar və rəngarəng təbii zənginlikləri ilə qonaqlarına geniş istiqamətlər təklif edən bir ölkədir. Ölkəyə gələn turistlərin sayı hər keçən il artmaqdadır. Xüsusilə Buxarest, Braşov, Konstansa mütləq gəzilib görülməsi lazım şəhərlərdəndir. Bu yazıda sizə bəlkə də adını ilk dəfə eşidəcəyiniz bi şəhərdən bəhs edəcəyəm- Drobeta- Turnu Severin. Adı uzun olsada gedib kəşf ediləsi yerlərdəndir.

Rumıniyanın şəhəri- Drobeta -Turnu Severin
Balkan yarımadasında yerləşən Rumıniya ziddiyyətlər diyarıdır. Köhnə Sovet ölkəsi olmaq, Romalıların adını daşıyan bir ölkə kimi tanınmaq, Macar və Osmanlı izlərinin görünməsi deyərkən böyük bir tarixə və ziddiyyətlərə malikdir. Əslində araşdırmağa dəyər bir çox gözəl şəhərləri var. Qış tətilində xizək sürməyi təklif edən dağları olan gözəl bir ölkədir.

drobeta turnu severin şəhərindən görüntü
Drobeta-Turnu Severin haradadır?
Yerli sakinlərinin bəzilərinin “ Severin”, bəzilərinin isə “ Drobeta” olaraq adlandırır bu bu balaca şəhəri. Ölkənin cənub-qərb hissəsindəki Dunay sahillərində yerləşir. Roma dövründən qalma olduqca köhnə bir yerdir. Hətta Roma dövründən qalma bir neçə inşaat da qalıb. Təxminən 90 min əhalisi vardır. Ölkədəki ən yüksək işsizlik faizinə sahibdir. Kasıb şəhər olaraq qəbul olunur. Əhalisi əksərən gənclərdən və yaşlılardan ibarətdir. Yaşlı nəsillər rus dilində bilsələr də heç biri İngilis dilində bilmir.
Çox hərəkətli şəhər deyil. Həftə boyunca ümumiyyətlə saat 10-da qaranlığa qərq olur. Əyləncə və partilər demək olar ki yoxdur. Səhiyyə sistemi çox zəifdir. Serbiya-Rumıniya sərhəddində yerləşən bu kiçik şəhər iki gömrük arasında körpü keçidi zamanı tez-tez bağlanır və çay təmizlənir.

Rumıniya