Rusiya yeni hipersonik Avanqard raketini sınaqdan keçirtdi
Rusiya nüvə silahı daşıyıcısı olan yeni hipersonik ballistik raketini uğurla sınaqdan keçirtdi. Avanqard adlı bu sistemin 2020-ci ilə dək Rusiyanın hərbi arsenalına daxil ediləcəyi gözlənilir.

Rusiya prezidenti Vladimir Putin və Mudafiyə Nazirliyinin zabitləri Avanqard raketinin sınağında
Uzun müddət üzərində iş aparılan yeni raket sistemi səs sürətindən 5 dəfə daha sürətlidir və hazırda ABŞ belə bu silaha qarşı acizdir. Raketin qurluş xüsusiyyətləri atmosferin yuxarı qatlarında aerodinamik güclər hesabına hərəkət etməyə imkan verir.
ABŞ kəşfiyyat dairələrinə yaxın mənbələr hesab edirlər ki, bu silah ən qabaqcıl raket əleyhinə sistemlərlə mübarizə üçün xüsusi avadanlıqla təchiz olunub. Yüksək manevr xüsusiyyətlərinə malik Avanqard raketi müdafiə sistemləri üçün qeyri müəyyən trayektoriyalı çətin hədəf olacaq.

Rusiya prezidenti Vladimir Putin Avanqard raketinin sinağından sonra zabitləri təbrik edir
9 ay öncə Rusiya prezidenti Vladimir Putin ölkəsinin hipersonik arsenalını “yenilməz” adlandıraraq bəyanat verdi:
Son 15 ildə birtərəfli şəkildə Rusiyanın üzərində üstünlük qazanmaq istəyən, silahlanma yarışını yenidən alovlandıranlar və ölkəmizin inkişafını sanksiyalarla zəyiflətməyə çalışanların nəzərinə çatdırmaq istəyirəm: siz Rusiyanı durdura bilmədiz.
Avanqar sisteminin uğurlu sınağını müşahidə etdikdən sonra yüksək rütbəli zabitlərlə söhbətində Vladimir Putin bunun”böyük uğur” və “rus millətinə əla Yeni il hədiyyəsi” olduğunu qeyd etdi.