Rusiyanın Liviya üçün planı var – növbəti Qəddafi
Rusiyanın Liviya üçün yeni potensial lideri var. Bu şəxs köhnə diktator Müəmmar Qəddafi-nin oğlu Seyf əl-İslam Qəddafi-dir.

Müəmmar Qəddafinin oğlu – Seyf əl-İslam Qəddafi
Köhnə diktatorun oğlu Seyf əl-İslam, Vladimir Putinin zəngin enerji resurslarına malik Şimali Afrikada Rusiyanın rolunu gücləndirdiyini gördükdən sonra, dəstək üçün Moskvaya geri döndü.
Amerikanın kənarda durduğunu görən Kreml bunu əlverişli fürsət olaraq görür. Rusiya, 2011-ci ildə Muammər Qəddafinin devrilməsindən və ölümündən sonra parçalanan və külə dönən Liviyada əsas vasitəçi olmağa çalışır. Rusiya Amerikanın Suriyadan çəkilməyi planladığını öyrəndikdə daha da cürətləndi.
Tobrukdakı analitik mərkəzlərdən birinin təsisçisi Mohamed Eljarh müşahidələrinə görə:
Seyf Əl-İslamın bir çox problemləri varkən yenidən hakimiyyətə gəlməsi o qədər də asan olmayacaq. Qəddafi ilə münasibətləri oldugu üçün və bir-birlərini yaxşı tanıdıqları üçün Ruslar köhnə rejimdən kimisə dəstəkləmək istəyir.
Putin, 40 illik hakimiyyətindən sonra Qəddafini devirən NATO-nun hərbi kampaniyasını qətiyyətlə pisləyir. Rusiyanın Liviyaya olan dəstəyi Amerikanın zərərinə önəmli bir zəfər olacaqdır. Bu vəziyyətdə Moskva, Afrikanın ən böyük neft ehtiyatlarına malik Liviya ilə milyardlarla dollarlıq müqaviləsini bərpa edəcək. Ehtimal varki, Aralıq dənizi üzərində yeni hərbi-dəniz bazası yaradacaq.
Kremlin çoxtərəfli oyunu
Kreml üçün təkliflər hazırlayan Dünya İqtisadiyyatı və Beynəlxalq Əlaqələr Dövlət Araşdırma İnstitutunun rəhbəri, Aleksandr Dınkinin sözlərinə görə:
Qərb Liviyanı xaosa çevirmək üçün hər şeyi etdi. İndi münaqişənin bütün tərəfləri Moskvaya inanır.
Diplomatların sözlərinə əsasən, keçən il Rusiya Liviya strategiyasında dəyişiklik etmişdir. Rusiya Həftəri dəstəklərkən, eyni zamanda digər güc mərkəzləri olan BMT-nin dəstəklədiyi Tripoli höküməti ilə və qərb yerləşən Misrata bölgəsi ilə olduqca ehtiyyatlı və xoş davranırdı. Həftər 2016-ci ildən Moskvanı tez-tez ziyarət edir. Lakin Liviyanın baş naziri Faiz Sarac və digər başçıları da müntəzəm olaraq Rusiyaya səfər edirlər.
Görünür, Kremlin strategiyası öz nəticəsini göstərir. Qəddafi rejiminin devrilməsindən sonra təxirə salınmış Bengazid-Sirt sürətli dəmir yolunun tikintisi üçün 2,5 milyard dollarlıq müqaviləni yeniləmək məqsədi ilə Liviya ilə danışıqlara başlıyır. Bu arada Liviya Rusiyadan 1 milyon ton taxılı 700 milyon dollara satın aldı.
Rusiya burada öz enerji maraqlarını müdafiə edir. Liviyanın Milli Neft Korporasiyasının baş direktoru Mustafa Sanalla oktyabr ayında Moskvaya gələrək Qəddafinin dövründə başlayan “Qazprom” və “Tatneft” adlı layihələrin bərpası barədə danışıqlara başlayıb. “Rosneft” Liviyada neft kəşfiyyatı və istehsalına, habelə xam neftin alınmasına sərmayə qoymağa razıdır. Kremlin Xəftər ilə əlaqələrinə baxmayaraq, bütün müqavilələr Liviya Milli Neft Korporasiyasının Tripolidəki qərargahı ilə aparılır. Çünki xarici ölkələrlə müqavilələr əldə etmək hüququna yalnız o malikdir.
Liviya Milli Neft Korporasiyasının Rusiya siyasi və ticarət liderlərinə verdiyi dəstək, bizim perspektivlərimizin gücünü göstərir
deyə Sanalla Bloomberg-ə məlumat verib.
ABŞ-ın qeyri-müəyyən mövqeyi
Rusiya əlaqələri inkişaf etdirdiyi və əməkdaşlıq qurduğu halda Donald Tramp dünyanın hər yerindən geri çəkilməyə başlayır (son nümunə olaraq Suriyanı misal göstərmək olar). Liviyanın nə Rusiyada, nə də ABŞ-da səfirliyi yoxdur. Bingazidə diplomatik bir binaya silahlı hücum zamanı Amerika səfiri öldürüldükdən sonra, ABŞ 2012-ci ildə diplomatik missiyasını bağladı.
Tramp administrasiyası Afrika üçün yeni bir strategiya hazırladığı zaman, ABŞ David Satterfield-i İtaliya hökümətinin Liviyada təşkil etdiyi konfransına göndərdi.
Liviyada rəqabət
Rusiyanın Liviya ilə işbirliyi 1969-cu ildə, 27 yaşındakı Qəddafinin ölkədə hakimiyyətə gəldiyi zaman başlamışdır. Sovet İttifaqı və Rusiya Qəddafini silahla təmin elədi. Lakin Liviyanın çevrilməsindən sonra ölkə ərazilərə parçalandı, düşmən qrupları tərəfindən idarə olunmağa başladı. Hətta paytaxt da nəzarətdən çıxdı.
Bu çaxnaşma zamanı 46 yaşlı Seyf-Əl İslam Londonun İqtisadiyyat və Siyasi Elmlər Məktəbində oxuyurdu. O, tutularaq, mühakimə olundu. Lakin 2017-ci ilin ortalarında atasını devirən və öldürənlər onu azad etdi.
Saif Əl-İslamın sərbəst buraxılmasından sonra Rusiya nümayəndələri onunla video əlaqələrinə keçdi. Həmən vaxt Seyf-Əl İslam naməlum yerdə idi. Rusiya Xarici İşlər Nazirliyi bu barədə şərh verməkdən imtina etdi.
Dekabr ayının əvvəlində Qəddafinin oğlunun elçisi Xarici İşlər Nazirinin nümayəndəsi Mixail Bogdanov ilə görüşüb, Putinə təbrik məktub göndərdi. Seyf əl-İslamın Liviyaya dair siyası konsepsiyasını açıqlayaraq, Rusiya hökümətindən siyasi dəstək istədi. Bu onun elçisinin ilk səfəri deyildi. Qəddafinin oğlu Rusiyadan maliyyə yardımı və vasitəçilik gözləyirdi.
BMT bu il ölkəni birləşdirmək planı çərçivəsində keçirmək istədiyi milli seçkilərdə Seyf əl-İslam iştirak edə bilər. Qeyd etmək lazımdır ki, Qəddafinin oğlu 2011-ci ildə onu insanlığa qarşı cinayət törətməkdə ittiham edən Beynəlxalq Cinayət Məhkəməsinin sifarişi ilə axtarılır. Xəftərin də digər Liviya siyasətçiləri kimi prezidentlik ambisiyaları var. Buna görə də Rusiya hansı namizədə dəstək olacağına hələ qərar verməyib.
“Liviya araşdırma və məsləhət” analitika mərkəzindən Al-Jarh deyirki, Ruslar indi bir namizədlə məhdudlaşmır, müxtəlif variantları nəzərdən keçirirlər.
Xəftər 75 yaşında olduğundan və səhhəti əl vermədiyi üçün Qəddafinin oğlu Rusiyadan dəstək ala bilər.
Bunu Orta Şərq mütəxəssisi Maria Al-Makaleh deyib.
Prezidentliyə başqa bir rəqib də var. Bu son zamanalarda prezidentliyə namizədliyini irəli sürən və Xəftərə yaxın olan Aref Ali Nayed-dir. Sentyabrdan o, iki dəfə Moskvada olub və yüksək rütbəli idarəçilərlə danışıqlar aparıb. BƏƏ-də Liviyanın səfiri olan Nayed Londondan telefonla müsahibə verməyinin əsas məqsədi “Rusları aktiv oynamağa razı salmaq” idi.
Çeçenistan respublikası lideri Ramzan Kadırov 2015-ci ildə Liviyada saxlanılan rus dənizçilərin azad edilməsini təmin etdi. O, bu vaxtdan bəri bu ölkəylə qeyri-rəsmi əlaqələri inkişaf etdirir. Kadırov Tripoli və Liviyanın mühüm qüvvələri ilə əlaqə saxlayır. Rusiya hərbiçiləri Şərqdə Xəftərin nəzarətində olan Liviya milli ordusuna silahların təmir və təlimini öyrədir. Qərb təmsilçilərinin fikrincə, Rusiyanın xüsusi qüvvələri orada əməliyyatlarda iştirak edirlər.
Ölkənin gələcəyi üçün mübarizədə Rusiyanın bir böyük üstünlüyü var – bu Xəftərdir.
Bunu Rusiyanın iş adamı və Putinin müttəfiqi olan Konstantin Malofeev deyib.
Hakimiyyət bölgüsü barədə razılığa gələ bilməyən silahlı qruplarla əlaqələri inkişaf etdirmək əlbəttə ki Rusiya üçün çox çətindir. Vəziyyət xarici qüvvələr tərəfindən daha da çətinləşir. İtaliya və Qətər Tripolini dəstəklərkən, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Fransa Həftərin tərəfini tutur. Yaxın Şərq və Şimali Afrikada üzrə mütəxəssis Riccardo Fabiani qeyd edir ki
Rusiya bütün tərəflərlə əlaqə saxlayaraq, mübarizənin hansı formada (münaqişə yolu və ya sülh razılaşması ilə) həll ediləcəyindən asılı olmayaraq öz faydalarını təmin etib. Liviya heç bir partiya Rusiyaya qarşı çıxa bilməyəcək və onunla danışıqları rədd etməyəcək.