Ruslar Afrikanın mərkəzini də ələ keçirə bilər
Orxan Camalın qətlə yetirildiyi ölkə olan Mərkəzi Afrika Respublikasının müdafiə naziri burada Rusiya hərbi bazasının yaradılmasının mümkünlüyünü qeyd edib.

Orxan Camal – Mərkəzi Afrika Respublikasında qətlə yetirilmiş jurnalist
Rusiya və Mərkəzi Afrika Respublikası arasında bağlanmış razılaşmaya əsasən Rusiya burada hərbi baza yarada bilər, amma bu barədə qərar prezidentlər tərəfindən ayrıca verilməlidir. Bu barədə Mərkəzi Afrika Respublikasının müdafiə naziri Mari Noel Koyar müsahibə zamanı deyib. O əlavə edib ki:
Tərəflər bazanın yaradılması barədə hələ ki konkret müzakirə aparmayıb.
Nazir qeyd edib ki, Berenqo şəhərinə yerləşən təhsil mərkəzi hərbi baza olmasa da, yerli əhali tərəfindən artıq elə qəbul olunur.
Koyara əlavə edib ki, Rusiya ölkəyə silah tədarük edən və burdakı hərbiçilərə təlim keçən yeganə ölkədir.
Hərbi əməkdaşlıq haqda saiz Rusiya və Mərkəzi Afrika Respublikası arasında 2018-ci ilin avqust ayında imzalanıb. Saziş rus hərbi məsləhətçilərinin Mərkəzi Afrika Respublikasına göndərilməsi və ölkənin hərbi kadrlarının rus təhsil ocaqlarında hazırlanmasını nəzərdə tutur. Rusiya buraya artıq 200-dən çox məsləhətçi göndərib və 5 nəfərdən ibarət hərbi nümayəndəlik yaradıb.
Qeyd edək ki, iyul ayında Mərkəzi Afrika Respublikasına qeyri rəsmi kanallarla bir qrup rusiyalı jurnalist səfər edib. Azərbaycan əsilli Orxan Camal kolleqaları Kiril Radçenko və Aleksandr Rastorquyevlə birgə Rusiyanın bu ölkədə fəaliyyətini araşdırmaq üçün səfərə gəlib. Bu səfər onların faciəvi şəkildə qətli ilə nəticələndi. Jurnalistlərin ölümü ilə bağlı istintaq hələ başa çatmayıb.