Samsung Galaxy Note 10 modellərini təqdim etdi – Topic.az
Samsung Galaxy Note 10 modellərini təqdim etdi

Samsung Galaxy Note 10 modellərini təqdim etdi

Çoxlu sayda ortaya çıxmış məlumat sızıntılarından sonra Samsung şirkəti sonunda yeni Galaxy Note 10 smartfon seriyasını təqdim etdi. Təqdim olunmuş yeni smartfon modelləri əvvəlki modellər ilə müqayisədə bir sıra yeniliklər əldə ediblər. Şirkət sözügedən smartfon seriyasının texniki göstəricilərini, dizaynını, kameralarını və S Pen stilusunu təkmilləşdirib. Bu barədə 4pda saytı xəbər verib. Beləliklə şirkət Galaxy Note 10 ilə Galaxy Note 10+ modellərini təqdim edib. Galaxy Note 10+ modeli sözügedən smartfon seriyasının ən böyük ölçülü smartfonu olub. Belə ki, smartfonun 3040×1440 piksel keyfiyyətli 6.75 düym Dynamic AMOLED ekranı ön panelin 94.2%-ni əhatə edir. Adi Galaxy Note 10 modeli isə 3040×1440 piksel keyfiyyətli 6.3 düym Dynamic AMOLED ekranla təchiz olunub.

Topic.az redaksiyası
Dərc olunma tarixi: 08.08.2019 Baxış sayı:  812 Müəllif: 
Galaxy Note 10 təqdim olundu

Galaxy Note 10 təqdim olundu

Hər iki smartfonun ekranı Gorilla Glass 6 qoruyucu şüşəsi ilə əhatə olunub və hər iki smartfonun gövdəsi IP68 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir. Keçən ilki modeldən fərqli olaraq yeni modellərdə xarici görünüşdən əlavə olaraq ümumilikdə dizayn dəyişikliyi baş verib. Belə ki, yeni modellərdə ön kamera modulu ekranın mərkəzi hissəsinə keçirilib və o, dairəvi çıxıntı hissənin daxilində yerləşdirilib. Bununla belə smartfon yuxarı hissədən qalın çərçivədən məhrum olub. Bundan əlavə olaraq yeni Galaxy Note 10-da olan daha bir yenilik ondan ibarətdir ki, Bixby səsli köməkçisinin işə salınması funksiyası smartfonun yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Barmaq izi skanı texnologiyası isə hər iki smartfonun ekranına inteqrasiya edilib.

Ultrasəs texnologiyası əsasında hazırlanmış barmaq izi skanı texnologyası istifadəçi barmağının ekrana toxunuşunu sürətli və dəqiq şəkildə təyin edə bilir. Bununla yanaşı həmin texnologiya smartfon sahibinin barmaq izinin əks olunduğu fotonun əsl barmaq izi kimi təqdim olunduğu zaman smartfonu blokdan çıxartmır. Əsas texniki göstəricilərə gəldikdə isə Galaxy Note 10 Exynos 9825 / Snapdragon 855 prosessoru, Mali-G72 MP12 GPU qrafik sürətləndirici, 8 GB RAM, UFS 3.0 standartlı 256 GB daxili yaddaş həcmi, 12 MP (f/1.5 – f/2.4 dəyişkən diafraqmalı genişbucaqlı obyektiv, Dual Pixel PDAF, OIS) + 12 MP (f/2.1 diafraqmalı teleobyektiv, avtofokus, OIS, ikiqat optik zoom) + 16 MP (f/2.2 diafraqmalı genişbucaqlı obyektiv) üçlü arxa kamera, 10 MP -lik (f/1.6 diafraqmalı genişbucaqlı obyektiv) ön kamera və 25 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyalı 3600 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

Texniki göstəriciləri

Galaxy Note10+ modeli öz texniki göstəricilərinə görə bir qədər fərqlənir. Belə ki, o, 4 arxa kamera moduluna sahibdir və dördüncü kamera modulu 3D ToF-dur. Bununla yanaşı Galaxy Note 10+ modeli 45 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyalı 4300 mAh enerji tutumlu batareya ilə təchiz olunub və həmçinin naqilsiz şarj texnologiyasını da dəstəkləyir. Həmçinin Plus modeli 12 GB RAM və 512 GB daxili yaddaş ilə də təchiz olunub. Digər özəlliklər baxımından isə smartfonlar eynidir. Hər iki model One UI 1.1 interfeysli Android Pie əməliyyat sistemi vasitəsilə çalışır. Smartfonda olan Game Booster özəlliyi smartfonun neyron blokunu işə salaraq mobil oyunların optmizasiyasına imkan verəcək.ə

Smartfonların çəkiliş özəllikləri sırasına Advanced Super Steady adlı təkmilləşdirilmiş stabilizasiya funksiyası, Live Focus rejmində effektlərin əlavə olunması, göstərilmiş səs mənbəsinə uyğun adaptasiya texnologiyası Zoom-in Mic, smartfon sistemində videoredaktor, photo-in-photo rejimi ilə ekran görüntüsünün yazılması, video və fotolar üçün AR effektlərin yaradılması, ToF modulu vasitəsilə 3D modellərin yaradılması var. Ənənəvi olaraq yeni smartfonlar həmçinin S Pen stilusuna sahibdirlər. Yeni nəsil S Pen stilusu 3 mm qalınlığa sahibdir və onun litium-ion batareyası 10 saat çalışa bilər.

Yenilənmiş S Pen-in əsas özəlliklərindən biri də odur ki, 10 metr məsafədə onunla jestlər vasitəsilə idarəetmə reallaşdırmaq mümkündür. S Pen vasitəsilə jestlərlə idarəetmə funksiyası S Pen Air adını əldə edib. Smartfonda olan yenilənmiş DeX rejimi vasitəsilə smartfonu Windows və macOS əməliyyat sistemli kompüterlərə qoşmaq olar. Bu qoşulma USB giriş vasitəsilə reallaşdırılır. Beləliklə Galaxy Note 10 modeli 23 avqust tarixində satışa çıxacaq. 8 GB RAM və 256 GB daxili yaddaşa sahib Galaxy Note 10 modeli 949$-a, 12 GB RAM və 256 GB daxili yaddaşa sahib Galaxy Note 10+ modeli 1099$-a, 512 GB daxili yaddaşa sahib Galaxy Note 10+ modeli isə 1199$-a satılacaq.

Topic.az redaksiyası
Bu yazılar Topic.az saytının redaksiyası tərəfindən hazırlanmışdır. Yazılarda hər-hansı bir səhv, yalnış məlumat və ya digər problemlərə rast gəlsəniz [email protected] elektron ünvanımıza yazmağınızı xahiş edirik.

Google Developers Group Games
Biznes və texnologiya   ⁄   24.05.2021   ⁄   1368  baxış

Google şirkətinin oyun sahəsindəki yeni brendi “Google Developers Group Games”-in dünyadakı 3-cü mərkəzi Bakıda açıldı.

Pandemiya dövrünün böyük təsiri ilə qlobal oyun sənayesində güclü sıçrayış oldu və oyun sektorunda fəaliyyət göstərən şirkətlərin illik gəlirləri film və musiqi sənayesini geridə qoydu. Dünyanın bir çox böyük şirkətləri: […]

Biznes və texnologiya   ⁄   05.04.2021   ⁄   1088  baxış

Şimali Koreyanın LG şirkəti smartfon istehsalını dayandırdı

Şimali Koreyanın LG şirkəti zərərlə işləyən mobil telefonlar istiqamətini tam ləğv edir. Buna səbəb kimi bazarda yüksək rəqabət şəraiti göstərilib.

Biznes və texnologiya   ⁄   25.01.2021   ⁄   1675  baxış

Global Game Jam Azerbaijan 2021

27 – 31 yanvar tarixlərinlərində eyni anda 200 – ə yaxın ölkədə təşkil edilən Global Game Jam Azərbaycanda da baş tutacaq. Jam pandemiya səbəbindən online keçiriləcək. Tədbirin əsas məqsədi Azərbaycandakı oyun qurucuları cəmiyyətini bir araya gətirmək, inkişaf etdirmək və dünyayla birləşdirməkdir. Azərbaycanda ilk dəfə Global Game Jam Azərbaycan Online keçirilir.

Biznes və texnologiya   ⁄   04.09.2020   ⁄   2401  baxış

Alimlərə görə yuxu real həyatın davamıdır

Elm adamları 24 min yuxu üzərində tədqiqat apararkən  təəccüblü nəticələr əldə etdilər. Araşdırmalara görə röyalar real həyatımızın davamı ola bilər.

Biznes və texnologiya   ⁄   10.07.2020   ⁄   1816  baxış

Global Game Jam Next Azərbaycan

Global Game Jam Next dünyanın hər yerində, adətən fiziki yerlərdə baş verən ancaq bu il pandemiyayla bağlı olaraq onlayn rejimdə keçiriləcək oyun quruculuğu üzrə təlim və yarış proqramıdır. Tədbir mahiyyətcə oyun inkişafına yönəlmiş hakatondur. GGJ Next – in əsas məqsədi yeniyetmələrin bir araya gələrək yaradıcı olacağı, təcrübə mübadiləsi edə biləcəyi və video oyunlardan istifadə edərək özlərini ən yaxşı şəkildə ifadə edə biləcəklərinə imkan yaratmaqdır.

Biznes və texnologiya   ⁄   01.04.2020   ⁄   1708  baxış

Koronavirusla mübarizə məqsədilə texnoloji həlləri bir araya gətirən “virtual hackathon”a qeydiyyat başladı

Koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə texnoloji həlləri bir araya gətirmək üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və “SUP.VC” Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə “Global Virtual Hackathon” müsabiqəsi keçirilir.

Reklam

Son yazılar

Google Developers Group Games
Biznes və texnologiya   ⁄   24.05.2021   ⁄   1368  baxış

Google şirkətinin oyun sahəsindəki yeni brendi “Google Developers Group Games”-in dünyadakı 3-cü mərkəzi Bakıda açıldı.

Pandemiya dövrünün böyük təsiri ilə qlobal oyun sənayesində güclü sıçrayış oldu və oyun sektorunda fəaliyyət göstərən şirkətlərin illik gəlirləri film və musiqi sənayesini geridə qoydu. Dünyanın bir çox böyük şirkətləri: […]

Biznes və texnologiya   ⁄   05.04.2021   ⁄   1088  baxış

Şimali Koreyanın LG şirkəti smartfon istehsalını dayandırdı

Şimali Koreyanın LG şirkəti zərərlə işləyən mobil telefonlar istiqamətini tam ləğv edir. Buna səbəb kimi bazarda yüksək rəqabət şəraiti göstərilib.

Biznes və texnologiya   ⁄   25.01.2021   ⁄   1675  baxış

Global Game Jam Azerbaijan 2021

27 – 31 yanvar tarixlərinlərində eyni anda 200 – ə yaxın ölkədə təşkil edilən Global Game Jam Azərbaycanda da baş tutacaq. Jam pandemiya səbəbindən online keçiriləcək. Tədbirin əsas məqsədi Azərbaycandakı oyun qurucuları cəmiyyətini bir araya gətirmək, inkişaf etdirmək və dünyayla birləşdirməkdir. Azərbaycanda ilk dəfə Global Game Jam Azərbaycan Online keçirilir.

Həyat tərzi   ⁄   26.10.2020   ⁄   3927  baxış

Darçının insan orqanizmasına faydaları

Darçın çox dadlı ədviyyatdır. Darçın, elmi olaraq Cinnamomum olaraq bilinən ağacların daxili qabığından hazırlanmış bir ədviyyatdır. İki əsas darçın növü var: Seylon darçını: “Həqiqi” darçın kimi də tanınır, digəri Cassia darçındır. Bu gün daha çox yayılmış və insanların “darçın”  olaraq adlandırdığları növdür.

Darçın tozu
Həyat tərzi   ⁄   15.10.2020   ⁄   5266  baxış

Darçının faydaları nədir?

Çin təbabətində ənənəvi bir dərman olaraq istifadə edilən darçının həzm və mədə problemlərinə faydası olduğu bilinir. Bir çox xəstəlik üçün faydalı olan bu qida mütləq istehlak edilməlidir. Bəs Darçının faydaları nədir? 

idman-sağlamlıq
Həyat tərzi   ⁄   11.09.2020   ⁄   5027  baxış

Bədənin əzələ kütləsini artırmağın 5 təbii yolu

Əzələ kütlənizi təbii şəkildə artırmaq istəyirsinizsə, məşqlər arasında istirahət etməlisiniz. Bu istirahət dövrü idman qədər vacibdir. Əzələnin inkişafına bu müddət ərzində vaxt verəcəksən.

Turizm   ⁄   04.09.2020   ⁄   2433  baxış

Zürafə Boyunlu Qadınlar

“Zürafə boyunlu” olaraq bilinən dünyanın ən uzun boyunlu qadınları Kayanlar adlı bir xalqın üzvləridir.  Kayan xalqı Cənub-Şərqi Asiyada- Burma və Tayland kimi də bilinən Myanmada yaşayır. Kayan qəbiləsinin üzvləri Qırmızı Karen (Kayah) xalqının bir alt qoludur. Qırmızı Karen xalqının alt qrupu olaraq bilinən Padaunglar, zürafə boyunlu qadınlardan ibarətdir. Padaung sözü Şan dilində “uzun boyun” mənasını verdiyi üçün bu qrup insanlara bu ad verilmişdir.

Biznes və texnologiya   ⁄   04.09.2020   ⁄   2401  baxış

Alimlərə görə yuxu real həyatın davamıdır

Elm adamları 24 min yuxu üzərində tədqiqat apararkən  təəccüblü nəticələr əldə etdilər. Araşdırmalara görə röyalar real həyatımızın davamı ola bilər.

Dis mecunu - flor
Həyat tərzi   ⁄   04.09.2020   ⁄   2700  baxış

Diş məcunundakı flor zərərlidir yoxsa faydalıdır?

Flor diş çürüklərinin qarşısını almaqda böyük əhəmiyyətə sahibdir. Diş pastasının işini müzakirə etmədən əvvəl diş çürüməsinin necə baş verdiyini izah edək.

Balıq yağının faydaları
Həyat tərzi   ⁄   10.07.2020   ⁄   3324  baxış

Balıq yağının faydaları

Balıq yağının faydaları nələrdir? Balıq yağı ən çox hansı balıqda olur? Balıq yağı əlavələrinin tərkib hissəsi nələrdir?