Səudiyyə kralı İraqa 1 milyard dollar hədiyyə etdi
Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdül Əziz Əl Səud Bağdadda idman şəhərciyi və stadion tikmək üçün İraqa 1 milyard dollar hədiyyə etdi.

Səudiyyə kralı
Səudiyyə Ərəbistanının ticarət və sərmayələr naziri Məcid əl-Kasabi İraq prezidenti Bərham Salehin Ər-Riyada səfəri zamanı ona kralın hədiyyəsi haqqında məlumat verib.
Ötən ilin martında İraq hökuməti bildirib ki, Səudiyyə Ərəbistanı bu ölkədə 100 min tamaşaçılıq stadion tikmək fikrindədir. Daha sonra, krallığın səfiri deyib ki, Səudiyyə Ərəbistanı İraqa, stadiondan əlavə idman şəhərciyi də hədiyyə edəcək. Şəhərciyin yeri Səudiyyənin iştirakı ilə İraq hakimiyyəti tərəfindən seçiləcək.
Son vaxtlarda Səudiyyə Ərəbistanı, İranın təsirindən çıxarmaq üçün aktiv olaraq qonşu İraq ilə əlaqələri inkişaf etdirməyə çalışır