Səudiyyənin korrupsiya əleyhinə komitəsi büdcəyə107 milyard dollar qaytarıb
Səudiyyənin antikorrupsiya komitəsi büdcəyə 400 milyard rial (təxminən 107 milyard dollar) geri qaytarıb. Bu barədə Saudi Press Agency məlumat verib.

Məhəmməd bin Salman -korrupsiya
Agentlik qeyd edir ki, korrupsiya hallarına görə 381 nəfər sorğu-sual olunub. Eyni zamanda komissiya padşahlığın 87 subyekti ilə işlərə baxıb, 56 nəfərin işi isə məhkəməyə göndərilib. Nağd puldan əlavə, Səudiyyə höküməti qiymətli kağızlar, daşınmaz əmlak və şirkətləri də ələ keçirib.
Komissiya Şahzadə Məhəmməd bin Salman tərəfindən 2017-ci ildə yaradılmışdır. Həmin ilin noyabrında 11 Səudiyyə şahzadəsi korrupsiya ittihamı ilə saxlanılıb. Bunların arasında sərvəti 16,8 milyard dollar olan kralın qardaşı oğlu oğlu Al-Valid İbn Talal Al Saud da olub. O, 2018-ci ilin yanvar ayının sonunda ev həbsindən azad olunub.
Ötən ilin mart ayında Məhəmməd bin Salman CBSnews qəzetinə deyib ki, saxlanılan şahzadələr xəzinəyə 100 milyarddan çox geri qaytarıblar. The Wall Street jurnalı mənbələrdən öyrənmişdir ki, 2018-ci ilin iyul ayından başlayaraq krallıq korrupsiyaya qarşı mübarızə kompaniyası çərçivəsində yeni həbslər aparmışdır. Qəzetin məlumatına əsasən Ər-Riyad “böyük” şahzadələrdən birini, iş adamları və keçmiş məmurlardan birini həbsdə saxlamağa davam edir.