Şimali Koreyanın LG şirkəti smartfon istehsalını dayandırdı
Şimali Koreyanın LG şirkəti zərərlə işləyən mobil telefonlar istiqamətini tam ləğv edir. Buna səbəb kimi bazarda yüksək rəqabət şəraiti göstərilib.

LG hazırda dünya bazarının 2% hissəsinə nəzarət edir, bu da Samsungla müqayisədə 10 qat azdır. Qeyd olunur ki, şirkət smartfonların istehsalının satışını Vyetnamın “Vingroup” və Almaniyanın “Volkswagen” konserni ilə müzakirə edib, ancaq razılaşmalar əldə olunmayıb.
LG-nin mobil biznesi artıq 6 ildir ki zərərlə işləyir və ötən il zərərin ümumi məbləği təxminən 4,5 milyard ABŞ dollarına çatıb. Ağır rəqabətli sektoru tərk etməklə LG elektrik nəqliyyat hissələləri, ağıllı ev cihazları kimi yüksək mənfəətli sahələrə fokuslanacaq. Şirkətin əsas 5 istiqamətindən ən kiçiyi olan smartfonlar gəlirin cəmi 7%-ni təşkil edir və bu sahə cari ilin İyul ayına kimi tam ləğv ediləcək.
Şirkətin yaxşı dövrlərində LG öz innovativ həlləri ilə bazara ilk daxil olan şirkətlərdən olub. 2013-cü ildə o, Apple və Samsungdan sonra bu sahədə dünyada hətta 3-cü yeri tuturdu. Amma tədricən əsas modellərdə proqram və cihaz problemləri çoxalırdı, yenilənmlələr isə lənğ gedirdi. Bazar araşdırmalarında da şirkətin zəifliyi gözə çarpan idi və tənqid edilirdi.
Hazırda istifadədə olan smartfonların dəstəyi və proqram təminatının yenilənməsi regionlardan asılı olaraq müəyyən müddət davam etdiriləcək.
“LG Group” Cənubi Koreyanın miqyasına görə dördüncü maliyyə-sənaye qrupudur.