Smart televizorlar da istifadəçi məlumatlarını ötürürlər
Smart televizorlar istifadəçi məlumatlarını Netflix, Google və Facebook şirkətlərinə ötürürlər. Onlar bunu hətta çalışmadıqları zamanlarda da edirlər. Bu məsələ ilə bağlı aparılmış irimiqyaslı tədqiqatlar da bunu təsdiqləyiblər. ABŞ-dan və İngiltərədən olan tədqiqatçılar aşkar ediblər ki, Samsung və LG şirkətlərinin smart televizor modelləri və həmçinin Roku və Amazon FireTV televizor qurğuları istifadəçilərin yerləşdikləri yerlər və onların IP ünvan məlumatlarını Netflix-ə və kənar reklam agentliklərinə göndərirlər.

smart televizorlar
Bu məlumatlar istifadəçinin Netflix servisində istifadəçi hesabının olub-olmamasından asılı olmayaraq göndərilir. Tədqiqat çərçivəsində həmçinin məlum olub ki, kameralar və səsgücləndiricilər kimi digər smart cihazlar da istifadəçi məlumatlarını Spotify və Microsoft kimi şirkətlərə ötürüblər. Aparılmış ikinci tədqiqata sasən Roku və Amazon FireTV kimi televizor qurğuları üçün nəzərdə tutulmuş tətbiqlər istifadəçi məlumatlarını Google şirkətinə və digər reklam agentliklərinə ötürüblər.
Məlumatların böyük bir hissəsi şifrələnmiş şəkildədir.
Şirkətlərə ötürülmüş məlumatların böyük bir hissəsi şifrələnmiş şəkildədir. Buna görə də tədqiqatçılar ötürülən əlavə məıumatlara nələrin daxil olduqlarını öyrənə bilməyiblər. Lakin televizorlardan və onlar üçün nəzərdə tutulmuş qurğulardan ötürülmüş məlumatlar vasitəsilə şirkətlər istifadəçilərin yerləşdikləri yerlər, onların istifadə etdikləri cihazların növləri və həmin cihazlardan tez-tez işlədilib-işlədilməməsi barəsində məlumatları əldə edblər. Netflix bu məlumatı təkzib edib, Facebook və Google şirkətləri isə bildiriblər ki, onların serverlərinə daxil olan bütün məlumatlar istifadəçilərin razılıqları nəticəsində əldə olunub. Digər şirkətlərin təmsilçiləri isə bu mövzuya fikir bildirməkdən imtina ediblər.