Su və sağlamlıq haqqında
Su insan həyatı üçün oksigendən sonra gələn ən vacib elementdir. Qidalanmanın ayrılmaz bir hissəsidir. İnsan yemək yemədən həftələrlə yaşaya bilməsinə baxmayaraq, susuzluq vəziyyətində bir neçə gün yaşaya bilər. İnsan orqanizmasında suyun miqdarı yaşa və cinsiyyətə 42% və 57% arasında dəyişir. Yetişkin insan insan bədəninin isə 59% -i su təşkil edir.Su orqanizm funksiyalarının işləməsi üçün, metabolizmin balansında, bədəndə bir çox biyokimyəvi reaksiyaların reallaşmasında çox mühüm rol oynayır.

su
Su
Qidanın həzmi, sindirimi və hüceyrələrə nəqli;
Hüceyrələrin, toxumaların və orqanların sistemli işləməsində;
Metobolizmanın sonunda yaranan zərərli maddələrin bədəndən atılmasında;
Həzm sisteminin normal işləməsində;
Bədən istiliyinin normal saxlanmasında,
müxtəlif biokimyəvi hadisələrin reallaşmasına kömək edir.
Bədən funksiyalarının yerinə yetirməsi üçün kifayət qədər su qəbul olunmalıdır. Gündəlik müəyyən miqdarda su qəbul olunmalıdır. Su soyuqdəymə, qəbzlik, sidik yolu infeksiyalarının, dəri sağlamlığının qorunmasında, orqanizmanın toksinlərdən təmizlənməsində böyük rol oynayır. Bundan başqa dieta üçün çəki atmaqda yardımcı olur, dərinin nəm və elastikliyini tənzimləyən rolu ilə selülit meydana gəlməsinin qarşısının alınmasında köməkçi olur.
Soyuq havalarda üşüdükdə, yayda isti, rütubətli günlərdə bədənin normal temperaturunu saxlaması üçün suya olan ehtiyac artmaqdadır. İsti, nəmli havalarda, bədən tərləyərək maye itirir. Bu səbəbdən, temperaturun artdığı bu günlərdə su istifadəsini artırmaq lazımdır.
Səhər oyandığınızda ilk olaraq 1 fincan su içilməlidir. Hər tualetdən sonra, itirilmiş maye əvəz etmək üçün 1 fincan su içmək yaxşı olardı. İdman edərkən və xüsusilə isti havalarda su tükətimi artırılmalıdır. Hava ve deniz səfərlərində sudan istifadə artırılmalıdır.
Həmişə suyu görünən yerdə saxlayın, susuzluq hissini gözləmədən su içilməlidir.
Hər gün nə qədər su içilməlidir?
Ümumi qayda olaraq, bədəndə zərərli maddələrin atılmasında və bədəndə maye balansını təmin etmək üçün 8-10 fincan (2.5 litr) su içilməlidir.
İnsanlar su ehtiyaclarını ümumiyyətlə içəcəklər, qidalar və metobolizma olaraq 3 qaydaqdan saxlayırlar. Qida içərisində olan qida elementlərinin həzm olunması nəticəsində su əmələ gəlir. Dieatada proteinə görə karbohidrat və yağ metabolik suyu artırır. Yediyiiz qidalar və içəcəklərdə də bədənimizdə su yaranır. Məsələn, tərəvəz və meyvələrin təxminən 85% -90% -i və 1 stəkan südün %90-i sudur. Gün ərzində çay, qəhvə, soda və s. ilə də maye qəbul edsək də düzgün su qəbulu sayılımır. Təhlükəsiz su tərkibində zərərli bakteriya, zəhərli maddələr və kimyəvi maddələr olmayan sulardır.