Süd məhsulları və südün inanilmaz faydaları
İlk qida olan ana südündən sonra, süd və süd məhsullar dünya miqyasında əsas qida qruplarından biri qəbul edilib. Südün insan orqanizmasına olana faydaları saymaqla qurtarmır.

Süd məhsulları
Qidalanmanın əsas kalsium mənbəyidir
Süd qrupunda yer alan başlıca qidalar süd, qatıq, kefir və pendirdir. Süd qrupu qidaları protein, kalsium və B12 vitamini başda olmaq üzrə bir çox vitaminlərin əsas qaynağıdır. Süd qrupu qidalarda olan kalsiumun digər qidalarda olan kalsiumla müqayisədə insan orqanizmi tərəfindən daha yaxşı istifadə olunur. Kalsium sümük və diş sağlamlığının davam etdirilməsində, gənclik dövründə sümük mineral tərkibinin dəstəklənməsində ən əhəmiyyətli elementdir. Qidalanmamızın əsas kalsium qaynağını süd və süd məhsullarıdır.
Süd və süd məhsullarının tərkibindəki keyfiyyətli protein hə yaş qrupunda orqnizmanın işləməsində, uşaqlarda inkişaf, yetkinlik dövründə isə toxumaların bərpasını təmin edir.
Mövcud sağlamlıq vəziyyətinə görə istifadə edin
Süd və süd məhsulları tərkinindəki yağ ilə də zəngindir. Doymuş yağ və xolesterinlə yanaşı yağda əriyən A vitamini ilə də zəngindirlər. Süd məhsulunda olan yağ miqdarı müxtəlifdir. Holland pendirlərinin tərkibində yağın yüksək olduğu halda, bəzi pendir növləri vardır ki yağ miqdarı çox aşağıdır. Pendirlərin isə tərkibində duzun yüksək olduğunu nəzərə alaraq istifadə edərkən diqqətli olunmalıdır.

süd məhsulları
Günlük nə qədər istifadə olunmalıdır?
Günlük istifadə miqdarı yaş, cinsiyyət, fizioloji vəziyyətə əsasən (böyümə, inkişaf dövrü, hamiləlik, yaşlılıq) dəyişir. Günlük istifadə miqdarı 1-3 yaş uşaqlarda 4 porsiya, 4-6 yaş uşaqlarda 3-4 porsiya, 7-9 yaş uşaqlarda 3 porsiya, 10-18 yaş uşaqlarda 4 porsiya, 65 yaşdan yuxarı insanlarda isə 4 porsiyadır.
Süd və süd məhsullarında vacib nöqtə isə hazır satılan meyvəli süd, qatıq, tvoroqlardır. Daha sağlam seçim etmək istəyirsinizsə meyvələri evdə daha sağlam şəkildə əlavə edə bilərsiniz.