Sümük sağlamlığını gücləndirən qidalar
Sümük sağlamlığını gücləndirməyin yeganə yolu qidalanma vərdişlərindən keçir. Xüsusilə inkişafın erkən mərhələlərində qəbul olunan qidalarla sağlam bir sümük əldə etmək, iləri yaşlarda yaranacaq sümük xəstəliklərinin və sınıqların qarşısını almaq mümkündür.

Sümük sağlamlığı
Kalsium, D vitamini, K vitamini, fosfor və maqnezium ilə zəngin qidalar sümük inkişafı və sağlamlığına yaxşı təsir göstərir. Əvvəlcə hamımızın ağlına süd, qatıq və pendir üçlüsü gəlir. Ancaq sümük üçün yararlı qidaları bunlarla məhdudlaşdırmaq da düzgün deyildir. Balıq qrupundan somon və ton balığı kimi ətli və yağlı balıqlar, ispanaq, yaşıl və qırmızı bibər, pomidor kimi tərəvəzlər, banan, kişmiz, portağal və qreyfurt kimi meyvələri düzgün və günlük qida ehtiyacı qədər qidalanmaq sağlam bir sümük inkişafı üçün çox vacibdir.

sağlam qidalanma
Bununla yanaşı, sümük sağlamlığına mənfi təsir göstərə biləcək vəziyyətlərə də yol verməməlisiniz. Siqaretin sümük keyfiyyətini azaldır, sümük qalınlığını azaldan və sınıq riskini artıran vərdişdir. Bundan əlavə yüksək dozda kofein qəbul eləmək, lazımı qədər kalsiuym alınmadan da fosfor qəbulu sümüklərin əriməsinə səbəb olur.

kofe və siqaret
Bu səbəblə keyfiyyətli bir sümük inkişafının təmin edilməsi üçün kola və qazlı içkilərdən, qəhvə, çay, spirt qəbulunun məhdudlaşdırılmasının köməyi çoxdur.