Mart ayının 10-dan etibarən Coca-Cola Azərbaycan və İNNOLAND İnkubasiya və Akselerasiya Mərkəzinin tərəfdaşlığı ilə “Coca-Cola İlə Fərq Yarat” inkubasiya və akselerasiya proqramı başlamışdır. Proqramın məqsədi ölkənin sərinləşdirici içki sənayesində istehlakçılar və müştərilərin ehtiyaclarını daha yaxşı təmin etmək üçün qlobal trendlərə uyğun müasir texnoloji həllər tapmaq və bunun üçün milli gənc kadrlardan yararlanmaqdır.