Hal hazırda elektromobilləri əksər hallarda yalnız yüksək təminatlı şəxslər ala bilirlər. Lakin 3 ildən sonra bu vəziyyət dəyişə bilər. 10 il bundan öncə heç kim elektrikləşdirilmiş nəqliyyat növünün bu cür məşhurlaşacağına inanmırdı. 2010-cu ildə bütün dünya üzrə ümumilikdə təqribi olaraq 12500 ədəd elektromobil modeli var idi. 2018-ci ildə isə bütün dünya üzrə 2 milyondan çox elektromobil modeli satılmışdı. Bu isə ümumi avtomobil bazarının 2%-ni təşkil edir. Məlumata əsasən hal hazırda yollarda elektromühərriklərə sahib 5 milyon ədəd avtomobil modeli var.