Çoxlu sayda ortaya çıxmış məlumat sızıntılarından sonra Samsung şirkəti sonunda yeni Galaxy Note 10 smartfon seriyasını təqdim etdi. Təqdim olunmuş yeni smartfon modelləri əvvəlki modellər ilə müqayisədə bir sıra yeniliklər əldə ediblər. Şirkət sözügedən smartfon seriyasının texniki göstəricilərini, dizaynını, kameralarını və S Pen stilusunu təkmilləşdirib. Bu barədə 4pda saytı xəbər verib. Beləliklə şirkət Galaxy Note 10 ilə Galaxy Note 10+ modellərini təqdim edib. Galaxy Note 10+ modeli sözügedən smartfon seriyasının ən böyük ölçülü smartfonu olub. Belə ki, smartfonun 3040×1440 piksel keyfiyyətli 6.75 düym Dynamic AMOLED ekranı ön panelin 94.2%-ni əhatə edir. Adi Galaxy Note 10 modeli isə 3040×1440 piksel keyfiyyətli 6.3 düym Dynamic AMOLED ekranla təchiz olunub.