iphone 11

Yeni iPhone modelləri təqdim olundu
Apple şirkəti öz təqdimatı çərçivəsində yeni iPhone modellərini təqdim etdi. Gözlənildiyi kimi yeni modellər iPhone 11, iPhone 11 Pro və iPhone 11 Pro Max adlarını əldə etdilər. Beləliklə gəlin iPhone 11 modelindən başlayaq. iPhone 11 modeli keçən ilki iPhone XR modelinin davamçısıdır. Smartfon xarici görünüşcə iPhone XR-dən çox az fərqlənir. Ön paneldən smartfon dəyişilməz olaraq qalıb. Keçən ilki iPhone XR modelində olduğu kimi yeni iPhone 11 də 6.1 düym IPS Liquid Retina ekranı əldə edib. Bununla yanaşı ekran üzərində həmin çıxıntı hissə yerləşdirilib. Lakin arxa paneldən iPhone 11 modeli iPhone XR-dən fərqlənir.

Apple şirkətinin yeni aksessuarı barəsində məlumat ortaya çıxıb
Apple şirkətnin sentyabr təqdimatına az qalmış internetdə şirkətin tamamilə yeni aksessuarı barəsində məlumatlar ortaya çıxdı. Həmin aksessuar iPhone 11 ilə birlikdə təqdim olunacaq. Sözügedən aksessuar isə müxtəlif əşyaların və cihazların tapılması üçün nəzərdə tutulacaq.