Huawei şirkəti ABŞ sanksiyaları səbəbilə Windows əməliyyat sistemindən istifadənin qadağan olunmasına artıq hazırlaşır. Buna görə də şirkət Linux əməliyyat sistemi vasitəsilə çalışan yeni noutbuk modellərini təqdim edib.. Bu barədə Forbes saytı xəbər verib. Söhbət, Matebook X Pro, Matebook 13 və Matebook 14 noutbuk modellərindən gedir.