“CEOWORLD” beynəlxalq jurnalı 50 inkişaf etmiş və ya inkişafda olan ölkələr arasında Malayziyanı ötən ildə investisiya yatırmaq və ya biznes qurmaq üçün ən yaxşı ölkə adlandırıb. Onların ardınca sıralamada Polşa 2-ci, Filippin 3-cü, İndoneziya 4-cü, Avstraliya isə 5-ci pillədə qərarlaşıb. Bu nəticə ilə Malayziya özünün Cənub-Şərqi Asiyanın nəinki turizm, həm də biznes mərkəzlərindən biri olduğunu bir daha təsdiqlədi.