neft

Bloomberg: Rusiya indi OPEC-i idarə edir
Əgər kimsə hələ də OPEK-in zombi təşkilatdan başqa bir şey olmadığına şübhə edirdisə, son hadisələr məsələnin nöqtəsini qoymuşdur. OPEK müstəqil qərar vermək iqtidarında olmadığını nümayiş etdirdi. Onun daha az təsir qüvvəsinə malik üzvləri neft hasilatının azaldılması ilə bağlı əsas zərbəni öz üzərinə götürmək məcburiyyəti ilə üz-üzə qaldılar. Bu isə, Rusiya OPEK-in baş ofisində müzakirələri öz kontrolu altına aldığından sonra baş verdi. Hətta Səudiyyə Ərəbistanının yanvaradək öz neft hasilatını gündəlik bir milyon barelə kimi azaldacağı haqda bəyanatından sonra belə treyderlər sadəcə çiyinlərini sıxmışlar.

Meksikanın yeni prezidenti Dövlət Neft Şirkətinə 23 milyard dollar ayırıb
Meksika prezidenti Andres Manuel Lopez Obrador gələn il neft idxalının qarşısını almaq və yerli yanacaqların hasilatını artırmaq üçün Petroleos Mexicanos-un büdcəsini 464.6 milyard peso (23 milyard dollar ) artırmışdır.

Qətər OPEC təşkilatını tərk etmək niyyətindədir
Qətər yanvarın 1-dən Neft İxrac edən Ölkələr Təşkilatından çıxacaq. Bunu Dohada Enerji məsələləri üzrə nazir Saad Şerida Əl-Kaabi bildirib.