Psixoloji komplekslərin əksəriyyəti uşaqlıq vaxtında yaranır, beləki uşaq gördüyü və eşitdiyi məlumatları beynindən silə bilmədiyi üçün onunla bağlı bütün mənfi fikirlər şüurunda qalır. Həyat boyu əldə edilən komplekslər də var və bu insanın başqasının fikrinə qarşı reaksiyasından asılıdır. İnsanlarda müxtəlif sahələrlə əlaqəli komplekslər yarana bilir və onlar özlərinə, hərəkətlərində özgüvəni itirirlər. Komplekslərin təzahürü müxtəlif yollarla baş verir, onlar görünməz ola bilər, amma böyüdükcə sinir böhranına, depressiyaya, aqressiyaya çevrilə bilər.