Strasburq miladın paytaxtı kimi tanınır. Eyni zamanda bir çox çayların da kəsişmə nöqtəsində yerləşən mövqeyi sayəsidə Avropanın ürəyidir. Fransaya daxil olmasına baxmayaraq sərhəd qonşusu Almaniyadan da bir çox izlər daşıyır. Şirin evləri, arxitekturası və dar küçələri ilə sizi orta əsrlərə aparan bu şəhəri mütləq ziyarət etməlisiniz.