Tayland qəribə qadağa ilə gündəmdədir
Tayland çox maraqlı hadisə ilə gündəmdədir. Təyyarələrin ən yaxın keçdiyi ölkənin ən məşhur çimərliklərindən biri olan Mai Xao Çimərliyində (Mai Khao Beach) selfi çəkən turistləri edam cəzası da daxil olmaqla ağır cəzalar gözləyir. Səbəbi isə çox maraqlıdır.

Tayland-təyyarə
Tayland dediydə ağla ilk gələn Phuket adasıdır. Canlı partilərdən şərq sahilindəki bənzərsiz mənzərəli çimərliklərinə qədər bir çox əyləncə imkanı təqdim edir. Turistlər və uşaqlı ailələr üzmək üçün ideal olan Kamala və Sürihə keçirlər.
Sakitliyin daha çox olduğu Mai Xao ərazisi isə bugünlərdə diqqət çəkici bir hadisəylə gündəmdədir.
Taylandda Phuket Beynəlxalq Havalimanına gedən təyyarələr ölkənin turistik Mai Xao çimərliyinə çox yaxın keçirlər. Burada istirahət edən turistlər təyyarəyə toxunurmuş kimi selfi şəkilləri çəkirlər.
Taylandda yerləşən aviasiya orqanları bu təhlükəli hadisənin qarşısını almaq üçün tədbir görməyə hazırlaşır. Bu mövzuda pul cəzasının da ola biləcəyini deyən səlahiyyətlilər selfi kimi şəkil çəkməyin qadağa olunacağını deyirlər.
Pilotların diqqəti yayınır

Təyyarə-tayland
Mövzuyla bağlı turistlərin təhlükəsizliyi ilə yanaşı pilotların da diqqətinin yayınması ön plandadı. Bu səbəblə çimərliyin bir hissəsinin bağlanması da gündəmdədir. Selfi kimi şəkil çəkmənin qadağa olunmasını xəbər edən Phuket Beynəlxalq havalimanının idarəçisi Wichit Kaeothaithiam-
Sakinlərin və turistlərin şəkil çəkdirmək üçün təyyarə ərazisinə girilməyə icazə verilməyəcək-dedi
Qadağanın pozulması halında isə ağır pul cəzası və 20 ilə qədər həbs cəzası var.
Ancaq havalimanın idarəçisi isə qadağanın pozulduğu halda “ölüm cəsa”sının da ola biləcəyini açıqladı.