Tereza Mey “Brexit”lə bağlı iclas keçirib
Böyük Britaniyanın baş naziri Tereza Mey Bakinhemşir qraflığındakı şəhərkənarı Çekers iqamətgahında “Brexit”ə həsr olunmuş təcili iclas keçirib.

Tereza Mey- Brexit
Britaniya mətbuatının yazdığına görə, iclas iştirakçıları arasında Mey aparatının rəhbəri Devid Lidinqton, “Brexit” üzrə nazir Stiven Barkli və ətraf mühit naziri Maykl Qouv, həmçinin Mühafizəkarlar Partiyasının bir neçə üzvü olub.
Ötən gün Londonda “Brexit”ə qarşı bir milyon nəfərin iştirakı ilə yürüş keçirilib.
Londonda Böyük Britaniyanın Avropa İttifaqından çıxışına dair ikinci referendumun keçirilməsi tələbi ilə şənbə marşı iştirakçılarının sayı bir milyon nəfərə çatıb.
Bu barədə marşın təşkilatçısı olan “People’s Vote” fəallar qrupu məlumat yayıb.
“Bütün ölkə üzrə bir araya gələn bir milyon marş iştirakçısına çox sağol deyirik”, – deyə təşkilatçılar “Twitter”də yazıblar.