Tereza Mey “Brexit” razılaşmasına dair sənədin dəyişdirilməsinə razılıq verib
Böyük Britaniyanın baş naziri Tereza Mey parlamentdə “Brexit”lə bağlı səsvermələrin gözlənildiyi ərəfədə Strasburqda Avropa Komissiyasının rəhbəri Yan-Klod Yunkerlə AB ilə olan müqavilənin mətnində dəyişikliklərin edilməsinə dair razılığa gəlib.

Tereza Mey- Brexit
Bu barədə ölkənin nazirlər kabinetinin icraçı direktoru Devid Lidinqton açıqlama verib.
Onun sözlərinə görə, hökumət parlamentarilərə iki yeni sənəd təqdim edəcək. Onlardan biri Aİ-nin Şimali İrlandiya ilə İrlandiya Respublikası arasındakı maneəsiz sərhədin təmin edilməsinə dair müdafiə mexanizmindən Böyük Britaniyaya qarşı “tələ” kimi istifadə etmədiyini təsdiq edəcək.
İkincisi, tərəfləri 2020-ci ilin dekabrınadək “bekstop”u alternativ variantla əvəzləmək cəhdlərindən yayındırmağı nəzərdə tutur.
Qeyd edək ki, Böyük Britaniyanın AB-ni martın 29-da tərk edəcəyi gözlənilir