Tesla ən ucuz modellərin satışını dayandırdı
Teslanın baş icraçı direktoru İlon Mask, şirkətin Model S və X avtomobillərinin sifarişini 14 yanvar tarixindən dayandıracaq.

Elon Mask – Tesla CEO
Teslanın baş icraçı direktoru İlon Mask, şirkətin Model S və X avtomobillərinin sifarişini 14 yanvar tarixindən dayandıracaq.
Əgər bu modellərdən istəyirsinizsə, bazar gecəsinə kimi sifariş edin
MarketWatch-un qeyd etdiyi kimi, 75 kVt h batareyalı S və X modelləri Tesla üçün ən demokratik (76 min dollar və 82 min dollar) model idi. Gələcək həftədən başlayaraq, Model S-in 100 kWh-lıq batareyalı ən ucuz versiyası 96 min dollara başa gələcək. Model X avtomobilinin də eyni batareyalı ucuz versiyası 97 min dollara başa gələcək.
Yanvarın əvvəlində Tesla rekord istehsalı haqqında məlumat verdi. 2018-ci ilin son rübündə şirkət 86,5 min elektrikli avtomobil yığdı. Bu əvvəlki rübə nisbətən 8% çox idi. Şirkətin istehsal etdiyi avtomobillərin 61 mindən çox hissəsi 5 oturacaqlı Tesla Model 3 sedanlardır. Qalan 25 min isə Teslanın köhnə modelləri olan Model S və Model X-dir.