Tesla Maskın uçuşlarına 700 min dollar xərcləyib
The Washington Post qəzetinin yazdığı məlumata əsasən, Tesla 2018-ci ildə şirkətin rəhbəri Elon Maskın təyyarə uçuşlarına 700 min dollar sərf edib.

Elon Mask- Tesla şirkəti
Şirkətin rəhbəri ABŞ, Avropa və Asiyaya il ərzində 70 milyon dollar dəyərində olan təyyarə ilə 150 mildən çox (təxminən 250 min km) uçuş həyata keçirib. Bura yalnız iş uçuşları deyil, Maskın və ailə üzvlərinin səyahət uçuşları da aiddir. Ayrıca Mask Los-Ancelesin bir tərəfindən digərinə tez-tez uçuşlar edib. WP həmçinin müqayisə edir ki, Apple şirkətin CEO-su Tim Cook-un uçuşlarına 93 min dollar xərcləyib.
Teslanın mətuat katibi Dave Arnold, Mask barədə deyib ki,
Bu biznesin ayrılmaz hissəsidir. Təəssüf ki biz teleport edə bilmədiyimizə görə, Maskın işini səmərəli şəkildə yerinə yetirməsi üçün başqa bir yol yoxdur.
Qəzet qeyd edir ki, milyardlarla borcu olan Tesla şirkəti yanvar ayında işçilərini 7% ixtisar edərək “pulu yandırır”.