Tramp ABŞ-ın dövlət borcu qarşısında acizdir
2018-ci ilin sonunda ABŞ-ın dövlət borcu 2017-ci ilə nisbətən 2 trilyon dollar artmaqla 21,9 trilyon dollara çatdı. Prezidentliyə namizəd olarkən Donald Tramp, ABŞ-ı səkkiz il ərzində borclardan xilas etməyə söz vermişdi.

Donald Trampın Dövlət borcu problemi
2018-ci ilin sonunda ABŞ-ın milli borcu 21,9 trilyon dollara çatdı. Bu rəqəm 2017-ci ilin əvvəlinə nisbətən 2 trilyon dollar artıqdır. Maliyyə Nazirliyinin məlumatına görə, 2008-ci il maliyyə böhranından sonra ABŞ-ın dövlət borcu böyüməyə başlaıb. Tramp hakimiyyətə gəldikdə borclar bir qədər azalsa da, 2018-ci ildə yenidən artmağa başlayıb. Buna səbəb kimi 2017-ci ilin sonunda edilən vergi islahatları göstərilir. ABŞ Konqresi xəbər verir ki, 2018-ci ilin sonunda dövlət borcu ÜDM-in 78% -ni təşkil etmişdir, bu rəqəm isə 1950-ci ildən sonra ən yüksək göstəricidir. Büdcə kəsiri 2017-ci ildə ÜDM-in 3,5%-ni təşkil etmiş, 2018-ci ildə isə 3,8%-dək artmışdır.
Konqresin 2018-ci ilin aprel ayında verdiyi proqnozlara görə ABŞ-ın dövlət borcu 2028-ci ildə ÜDM-in 96%-dək artacaq. Dövlət borcunun həcmində (1,9 trilyon dollar) azalmalar vergi sistemindəki dəyişikliklər, xüsusilə verginin aşağı salınması və iş yerlərinin yaradılması (Tax Cuts and Jobs Act) haqda qanunla bağlı olacaq. Bu qanuna əsasən vergi dərəcəsi 20%-ə endirilir.
Ağ Evin İqtisadi Məsləhətçilər Şurasının sədri Kevin Hasset, Trampın dövlət borcunun artması ilə bağlı narahat olduğunu bildirib. Bu səbəblə, Tramp gələn büdcə dövründə ABŞ kabinetinin hər bir agentliyinin büdcəsində 5% azalma edilməsini tələb edib. Hasset bildirib ki,
Biz bir-çox şeylə razılaşmaya bilərik, ancaq razılaşmalıyıq ki, hazırda kəsir barədə ciddi düşünməyin zamanı çatmışdır.
Qeyd edək ki, 2016-cı ilin yazında, ABŞ-ın Respublikaçılar tərəfindən prezidentliyə namizəd olan zaman Donald Tramp, “The Washington Post”a verdiyi müsahibədə, ABŞ-ı səkkiz il ərzində borclardan azad edəcəyini vəd etmişdi.