Tükənmişlik sindromunu aradan qaldırmaq üçün 3 məsləhət
Gərgin iş tempi, artan stres, trafik və s. bir çox amillər bəzən işçiləri elə bir nöqtəyə gətirir ki, son nöqtənin adı-tükənməkdir! Bu hissi aradan qaldırmaq üçün nə etməliyik?

Tükənmişlik hissi
Son araşdırmalar göstərir ki, işçilərin əksəriyyəti tükənmişlik içərisindədirlər. Əslində bu duyguya qalib gəlmək üçün hərəkətə keçmək lazımdır. Nə edəcəyinizi düşünürsünüzsə, bu 3 təklifə nəzər yetirin
Tətilə gedin
Əgər tükənmişlik səni bürüməyə başladısa, ehtimal ki çoxdandır icazə almamısız. Unutmayın, yorğunluğu aradan qaldırmağın ən yaxşı yollarından biri fasilə vermək və işdən uzaqlaşmaqdır. Bir aylıq Avropaya qaçmaq və ya şəhər dəyişdirmək barədə danışmırıq. Sadəcə iş yerində olmamağın da bəsdi. Üç və ya dörd günlük mini fasilə sizin üçün yaxşı olacaqdır. İşinizdən uzaqlaşmaq və sizi xoşbəxt edən başqa bir şeylə məşğul olmaq lazımdır. Dərhal tətilə gedə bilmirsinizsə, hətta gələcək səfərin planlaşdırılması da motivasiya mənbəyi olacaq. Tətildə nə qədər qısa və uzun olsanız da, əməl etməli olduğunuz bir qayda var. Bu tətildə işləməyin! İş ilə əlaqəli hər şeydən tamamilə uzaqlaşmalısınız. Əks təqdirdə tətildən faydalana bilməzsiniz.
Sağlamlığınıza üstünlük verin
Tükənmiş və ya stresli olduqda, sağlamlıq ağla gələn son şeydir. Az yuxu, az qidalanma, idman etməmək … Bunların hamısı birlikdə tükənmə hissi yaradır.
Hobbi ilə məşğul olun
Hobbi fantastik stres azaldır. Bir hobbi əldə etmək sosiallaşma, yeni bir bacarığa sahib olmağa, ya da sadəcə sizi rahatlaşdıra bilər. İşdən kənarda sevdiyiniz və fikrinizi işdən kənarlaşdıran bir şeyinizin olması vacibdir. Həddindən artıq yorğunluq hiss edirsənsə oxumaq, düşüncə və yazı kimi sakit bir hobbiniz ola bilər. Hirslisənsə qaçış, fitnes, döyüş kimi daha aktiv bir hobbi ilə maraqlanmaq qəzəbinizi nəzarətdə saxlamağa kömək edəcəkdir.