Turizm agentliyini necə seçmək lazımdır
Zənn edək ki, siz gəzintiyə çıxmaq istəyirsiz, lakin tur seçimində kimə müraciət edəcəyinizi bilmirsiz. Şəhərinizin tur agentliklərində uyğun təkliflər çoxdur və seçim bir qədər çətin olur.

Çimərlik- istirahət
Kimə müraciət etmək lazımdır? Yalnız istirahətin yaxşı keçməyi deyil cibə də zərər gəlməməyi üçün ən yaxşı şirkəti necə seçmək lazımdır? Gəlin baxaq
Ən əsası, əlbəttə ki, istirahətdən nə istədiyinizə qərar verməkdir.
Relax – tur. Siz sakitlik istəyirsiz: çimərlikdə günəş şüaları altında uzanmaq, səhər yeməyinə rahat getmək, heç yerə tələsməmək.
Dream – extreme tur (ekstrimal tur): siz fəalsınız, bir yerdə oturmağı sevmirsiz, çimərlikdə uzanıb vaxt keçirmək istəmirsiz. Sizi yeni ölkələr, şəhərlər cəlb edir. Siz gözəl mənzərədən zövq almaq üçün asanlıqla hər hansı bir dağa dırmaşıb 100 km qətt edə bilirsiz.
Şopoqolik – tur. Siz mağazalar gəzib qarderobunuzu yeniləmək, gələn mövsümün modası haqqında bilmək istəyirsiz.
Nə istədiyimi bilmirəm – tur. Səyahət edənlərin ən çox yayılmış tipi. Bu, istirahətdən nə almaq istədiklərini təsvir edə bilməyən insanlardır. Amma, bu mütləq unudulmaz və gözəl olmalıdı.

Şopoqolik tur
İndi xəyallarınızda olan istirahət üçün sərf etməyə hazır olduğunuz məbləği müəyyənləşdirək. Gəlir səviyyəsindən asılı olmayaraq, turist həmişə maksimum rahatlıq və servis üçün minimum pul xərcləmək istəyir. Qərar vermisiz?
İndi qaldı maliyyə imkanlarına, ehtiyaclarına və istəklərinə əsaslanan ən yaxşı səyahət agentliyini seçmək.

Turizm agentliyi
Tur agentliyi turist və tur operator arasında vasitəçi kimi çıxış edir, o bütün lazımi məlumatları təqdim edir və operatordan fərdi və ya qrup halda turları, aviabiletləri satır. Bir turizm agentliyi bir neçə operatorun turunu təklif edə bilər. Sizin istirahətinizin keyfiyyəti düzgün seçimdən asılıdır, ona görə də, mümkün qədər çox öyrənmək üçün vaxt ayırın.
Məlumat alınır:
“Sarafan radio” – dostlar, qohumlar, iş yoldaşları vasitəsilə. Bütün müsbət və mənfi cəhətləri bir neçə tanışdan maraqlanın.
İnternet – Burada məlumat bitməz. Konkret bir turizm agentliyinin saytını, təkliflərini araşdıra bilərsiz.
Bir qayda olaraq, hər biri müştəri cəlb etmək üçün yaxşı qiymətlərlə cəlbedici turlar təklif edir. Bir çox saytlar sizə evi və ya ofisi tərk etmədən, tur, ölkə, otel, qidalanma və s. seçmək imkanı verir. Saytdan əlavə forumlar və müvafiq müzakirələr var. Burada sizi maraqlandıran bütün məlumatları öyrənə və ya tapa bilərsiz. Səhvlər etməmək üçün başqalarının təcrübəsinə əsaslanaraq məlumat əldə edə bilərsiz.
TV, radio, qəzet – Burada da siz agentliklər, xüsusi təkliflər haqqında məlumat əldə edə bilərsiz. Ancaq daha çox öyrənmək üçün əvvəlki iki üsuldan da istifadə etməyi unutmayın.
Məsləhət! Tanınmış bir neçə turizm agentliklərinə müraciət edin, təkliflərini öyrənin və bəlkə yalnız unudulmaz istirahət deyil, cibinizə də sərf edən təklif tapa biləcəksiz.