Türkiyə ticarətində oyanış
Venesuela ilə Türkiyə arasındakı yaxınlaşmağa Ərdoğanın Karakas ziyarətiylə yeni razılaşmalar əlavə edildi.

Rəcəb Tayip Ərdoğan Nikpla Maduro Türkiyə Venesuela Karakas
Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan Venesuelanın Karakas şəhərində həmkarı Nikolas Maduro ilə görüşüb. Türkiyə tərəfindən Venesuelaya ilk dəfə prezident səviyyəsində ziyarət olduğunu xatırladan Maduro daha sonra “Diriliş Ərtoğrul” filminə istinadən qeyd edib ki,
Əla filmdir, biz Ərtoğrulu sevirik.
İqtisadi böhran içində olan iki ölkə arasındakı münasibətlər, imzalanan 10 yeni razılaşma ilə daha da güclənib. Ticarət əlaqələrindəki oyanış da diqqət cəlb edir.
Venesuelanın Türkiyəyə ixracatı 2018-ci ilin ilk 10 ayında 111 milyon dollardan 984 milyon dollara yüksəldi. 2018-ci ilin ilk 11 ayında isə Türkiyənin Venesuelaya ixracatı isə 36 milyon dollardan 112 milyon dollara yüksəlib. Venesuelanın 2013-cü ildə 88 milyard dollar dəyərində ümumi ixracatı ABŞ-ın sərt sanksiyalarından sonra 2017-ci ildə 31 milyard dollara düşmüşdür. Türkiyəyə edilən təxminən 1 milyard dollarlıq ixracat, Karakas üçün böyük bir əhəmiyyət daşıyır.
Qızıl satışı.
Venesuela Mədənçilik naziri Viktor Kano, 2018-ci iyul ayında etdiyi açıqlama da, mərkəzi bankın ölkəyə tətbiq olunan beynəlxalq sanksiyalar səbəbiylə qızıl istehsalını İsveçrədən Türkiyəyə yönləndirdiyini açıqlamışdı. Bu qərar rəqəmlərə də əks olundu. Venesuelada 10 ayda 900 milyon dollarlıq qızıl idxal edən Türkiyə, qida, avtomobil və tekstil məhsulları da ixrac etdi. Mart-Aprel ərəfəsində 586 milyon dollar olan qızıl idxalı, oktyabr ayında sıfıra yaxınlaşdı. ABŞ-ın Venesuelanın qızıl ticarətinə 1 noyabrda tətbiq etdiyi sanksiya qərarının, əsasən Türkiyə ilə qızıl ticarətini hədəf aldığı bilinir.
Sanksiyaya reaksiya.
Səfər zamanı Venesuela-Türkiyə İş Forumu da təşkil olunarkən, Maduro Türk sərmayəçiləri ölkəsinə dəvət edərək sərmayə qoymağa çağırıb.