Turpun faydaları nələrdir?
“Turp kimi olmaq” ifadəsi sağlam insanlar üçün geniş istifadə olunur. Çünki turp tərkibindəki vitamin, mineral və liflər ilə tam bir sağlamlıq deposudur. Ümumiyyətlə balığın yanında yeyilən bu tərəvəz qarnitur olaraq ya da salatın içində yeyilir.

turp və faydaları
Tərkibində yüksək lif var
Çox adam turpu yalnız balıqla istifadə eliyir. Lakin turp yalnız balıqla deyil, eyni zamanda müxtəlif salatlarla da istifadə olunan bir tərəvəzdir. Qaraciyər və mədənin təmizlənməsinə kömək edən qırmızı turp, yüksək lif tərkibinə sahibdir.
Lakin turp tərkibindəki kükürd birləşmələri ilə səbəbi ilə qastrit kimi şikayəti olan insanlarda ishal qaz problemlərini artıracağını unutmamalı, istifadə edərkən porsiyon miqdarı müəyyən olunmalıdır.
Qara turp və bronxitə təsiri
Qara turp, bronxit və öskürək kimi xəstəliklərə böyük təsir göstərir. Axşamdan turpun içini oyaraq, oyulan hissəyə bal tökülür. Səhər turp suyu və bal qarışığı içildikdə təbii öskürək siropu olur.
Agrı kəsici ağ turp
Ağ turpun ağrı kəsici təsiri vardır. Ağ turp xüsusən romatizmanın səbəb olduğu ağrıları azaltmağa kömək edir. Ağ turp əsəb, stress azaldır. Bu problemləri qan təzyiqi tənzimləyici təsiri ilə azaldır.
Qocalmanı gecikdirir
Qış mövsümündə süfrələrdə və qəlyanaltılarda olması lazım olan turp tox tutma xüsusiyyəti ilə diyetlərdə olması vacib olandır. Bundan əlavə, folik turşusu ilə zəngin olduğu üçün DNT və RNT hüceyrələrini bərpa edər, qocalmağın qarşısını alar.
Qırmızı turp qırmızı qan hüceyrələrinin zədələnməsini idarə etmək qabiliyyəti ilə tanınır və qana verilən oksigeni artırır.
Vitamin C deposudur
C vitamini deyərkən ağla ilk sitrus bitkiləri gəlir, lakin qırmızı turpun C vitamini unudulmamalıdır. Vitamin C ümumi soyuqdəymədən də qoruyur.
Ürəyi qoruyur
Qırmızı turp ürəyin düzgün fəaliyyət göstərməsinə kömək edən və ürək-damar xəstəliyinin riskini azaltmağa kömək edən yaxşı bir antrakion qaynağıdır. Bundan əlavə, qırmızı turp folik turşusu və flavonoid yüksək tərkibi var. Qırmızı turp folik turşusu və flavonoiddən ibarət yüksək tərkibi var. Qırmızı turp qan təzyiqi azaltmağa kömək olan kalium da vardır.
İmmuniteti gücləndirir
Yüksək C vitamin tərkibi olan turp soyuqdəymə və öskürəyə qarşı qoruyur. İmmunitet sistemini gücləndirmək üçün mütəmadi olaraq istifadə olunmalıdır.
Qırmızı turp dietalarda da bir nömrəli köməkçidir. Qan şəkərinə təsir etməyən qırmızı turp uzun müddət tox tutan bir xüsusiyyətə sahibdir. Ürəkbulanmanı da aradan qaldırır.
Qırmızı turpun tərkibində E, A, C, B6, K vitaminləri vardır. Ayrıca antioksidanlar, lif, sink, kalium, maqnezium, mis, kalsium, dəmir və manqan tərkibi ilə də zəngindir. Buna görə turp, yüksək qida dəyəri olan bir tərəvəzdir.
Hər gün turp yeyilərsə cildi quruluqdan, sızanaqdan və sızanağın yaratdığı qızarılıqdan qoruyar. Bundan əlavə, turp suyunun kəpəklənmə və saç dökülməsinin qarşısını aldığı bilinir.
Turp yod ilə zəngin olduğu üçün tiroid xəstəliklərindən də qoruyur. Qırmızı turp həmçinin qaraciyər xəstəliklərinə qarşı da qoruyur. Xərçəngə qarşı qoruyucu olmağı ilə də məlumdur.