Twitter bütün siyasi reklamları qadağan edir
Dünyanın aparıcı sosial media platformalarından biri olan Twitter, noyabr ayından etibarən bütün siyasi reklamların qadağan ediləcəyini açıqladı.

Twitter-in baş direktoru Cek Dorsey, çərşənbə günü etdiyi açıqlamada hədəflənmiş siyasi reklamlara icazə verməyin, istənmeyen mesajlara yol açdığını dedi. Bundan sonra platformada siyasi reklamlar olmayacaq dedi.
Dorsey, Twitterdəki bütün siyasi reklamları bütün dünyada qadağa olunduğunu açıqladı. İnsanlar bir hesabı izlədikdə və ya retweet etdikdə, artıq siyası mesajları görmüş olurlar. İstifadəçiləri bu qərarı görməməzlikdən gəlib, onlara hədəfli siyasi reklam göstərmək məcburi bir hərəkətdir.
İnternet reklamı kommersiya reklamçıları üçün olduqca güclü və təsirli olsa da, milyonlarla insanın həyatlarına, verdiyi səslərə təsir etmək üçün siyasi risklər gətirir.
Siyasi reklam qadağası 22 Noyabrda qüvvəyə girəcək. Twitter direktoru 15 Noyabrda yeni siyasət haqqında daha çox məlumat verəcəyini söylədi.
Dorsey-nin açıqlaması Facebook-un yalan və ya yanlış məlumatl da daxil olmaqla siyasi reklamı qadağan etməyəcəyini elan etməsindən bir həftə sonra gəldi. Facebook-un direktoru Mark Zuckerberg siyasi reklamın Facebookda hər yerdə olduğundan daha şəffaf olduğunu müdafiə edib, siyasi reklamın bir növ azad söz olduğunu söylədi.