Uber, 2019-cu ilin üçüncü rübündə 1,1 milyard dollar zərər etdi
Beynəlxalq nəqliyyat xidməti olan Uber 2019-cu ilin üçüncü maliyyə rübündə 3,81 milyard gəlir əldə etdi. Keçən ilin eyni dövrü ilə müqayisədə gəlirlərini 30% artıran ABŞ şirkəti, 1,16 milyard dollar zərərdən qaça bilmədi.

San Fransiskoda yerləşən Uber nəqliyyat şirkəti 2019-cu ilin üçüncü rübü üçün maliyyə balansını açıqladı. Şirkətin gəliri üçüncü rübdə 30 faiz artaraq 3,81 milyard dollara çatdı. Wall Street-in 3,69 milyard dollar olan gözləntilərini keçdi. Şirkət hər səhm üçün 0,61 cent itirdi. 0.81 dollarlıq analitik gözləntilərdən daha yaxşı performans göstərdi.
Beynəlxalq nəqliyyat xidməti hər səhm üçün qazanc və gəlir təxminlərinin üzərinə çıxmağı bacardı. Ancaq üçüncü rübdə itirilən 1.16 milyard dollar, şirkətin səhmlərinin bazar sonrası əməliyyatlarda 7 faiz geriləməsinə səbəb oldu. Hazırda güclü təzyiq altında olan səhmlər, may ayından etibarən 30 faiz ucuzlaşdı.
Hazırkı maliyyə hesabatı Uber-in gəlirlilik üçün ən qısa müddətdə yol tapması lazım olduğunu göstərir. ABŞ şirkətinin baş direktoru Dara Khosrowshahi, Uberin 2021-ci il ərzində qazanc əldə edəcəyinə inandığını söylədi. Əməliyyat itkisini azaltmağa çalışan .İyul ayından bu yana 1000-dən çox işçini işdən çıxartdı. Bu şirkətin ümumi işçi qüvvəsinin 2 faizinə uyğundur.
Uber üçün işlərin yaxşı getdiyi sahələrdən biri də qida çatdırılma xidməti Uber Eats oldu. Gəlirlər bir əvvəlki ilə görə 64 % artdı, rübü 645 milyon dollar ilə bağladı. DoorDash, Grubhub və Postmates kimi rəqiblərin aərt rəqabəti ilə qarşılaşan Uber Eats, dünyanın 165 şəhərində fəaliyyət göstərir. Hər sifariş üçün restorandan 30 faiz komissiya alan xidmət Uber’in ən sürətli böyüyən məhsulu olaraq seçilir.