Uber qurucusu Travis Kalanick idarə heyətini tərk etdi
Travis Kalanick CEO vəzifəsindən istefa etdi, ancaq Uber idarə heyətində qalırdı. Bu gün paylaşılan məlumata görə, Kalanick Uber idarə heyətini tərk edir.

Uber son illərdə bir çox qalmaqalla üzləşdi və rəhbərlik heyətində əhəmiyyətli dəyişikliklər yaşadı. Bu qalmaqallardan sonra, 2017-ci ilin iyun ayında Uber qurucusu və baş direktoru Travis Kalanick CEO olaraq istefa etdiyini açıqladı. Avqust ayında Travis Kalanick yerinə CEO vəzifəsinə Dara Khosrowshahi-ni təyin etdi.
Kalanick CEO vəzifəsindən istefa etdi, ancaq Uber idarə heyətində qaldı. Bu gün paylaşılan məlumata görə, Travis Uber idarə heyətini tərk edir. Uberin verdiyi açıqlamaya görə, Travis Kalanick 31 dekabrda direktorlar şurasını tərk edəcək.
2010 ilə 2017 arasında şirkətin baş direktoru vəzifəsini icra edən T.Kalanick, Uber idarə heyətindən ayrıldıqdan sonra yeni iş və xeyriyyəçiliyə diqqət yetirəcəkdir. Qalmaqallarına görə CEO vəzifəsindən istefa etmək məcburiyyətində qalan Uber’in ən böyük investorlarından beşinin istəyi ilə istefa etdi.
Əlavə edək ki, Travis Kalanickin nə qədər Uber pay sahibi olduğu hələ məlum deyil. Daha əvvəlki məlumatlara görə 2,5 milyard dollarlıq bir Uber payına sahib idi. Keçən Noyabr ayında Kalanickin 2.5 milyard dollarlıq Uber hissəsinin 90 faizini satdığı ortaya çıxdı.